Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-850/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində onun *977-ci ildən *992-ci ilin may ayının *8-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi, qeyd edilən dövrlərdə işlədiyi illərin iş stajına hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, 28 yanavr *957-ci ildə Laçın rayonu Hoçaz kəndində anadan olmuşdur və Laçın şəhəri, S.Vurğun küçəsi ev 43-də yaşamışdır. Laçın rayonu erməni işğalçıları tərəfinddən işğal edildikdən sonra məcburi köçkün düşərək Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşıb yaşayır. *977-ci ildən *992-ci ilin may ayının *8-dək Laçın rayon, Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. Hazırda pensiya təyin edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin ona bildirmişlər ki, *977-ci ildən *992-ci ilin may ayının *8-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi müddət iş stajına daxil edilməsi üçün əmək kitabçası lazımdır. Lakin işlədiyi illərə dair arxiv sənədləri Laçın rayonunda qalmış və ermənilər tərəfindən yandırılmışdır. Buna görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun *977-ci ildən *992-ci ilin may ayının *8-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsini onunla bərabər Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləmiş şahidlər X* və X4 da təsdiq edə bilərlər. Belə ki, onun işlədiyi illərdə onunla birgə işləmiş X3 Laçın rayon Əhaliyə Mişət Xidməti Kombinatında işləməsi barədə əmək kitabçası mövcuddur. Həmçinin onun işlədiyi illərdə onunla birgə işləmiş X* isə məhkəmətə müraciət edərək, Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməsi faktını müəyyən etdirmişdir. Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxs məhkəməyə Ərizəçi ərizəsinə qarşı etiraz göndərərək, həmin tələbin əsassız olduğundan ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxsin nümayəndəsi ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli 3 saylı qərarın **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*0-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra *0 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-850/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-850/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver