Məhkəmə qərarları › İş №2(021)-855/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-855/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-855/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2 və Maraqlı şəxs5, Maraqlı şəxs5, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Bərdə regional Asan Xidmət * saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində mərhum anası X3 miras qalmış Bərdə rayonu, Bəcirəvan kəndində yerləşəmn həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 onun doğma anası, mərhum X2 doğma atasıdır. Mərhum X*2 ilə mərhum atası Cəlil Məmmədovun birgə nikahlarından onlar övladları Maraqlı şəxs2, Maraqlı şəxs*, X8, Maraqlı şəxs4, X9, X*0 və o Ərizəçi anadan olmuşdur. X2 07 yanvar *978-ci il tarixdə, anası X6 isə *4 yanvar 2005-ci il tarixdə ölmüşdür. Bərdə rayon Aqrar İstehsalar komissiyasının 0* avqust *997-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-*00F seriyalı, 6*000028 KOD-lu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bərdə rayonu Bəcirəvan kəndində mərhum X*2nın mülkiyyətində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onlar mərhum X*2 və mərhum atası Cəlil Məmmədovun həmin həyətyanı torpaq sahəsində birgə nikah dövründə tikdirdikləri evdə onlar birgə yaşayıb, həmin həyətdə böyümüşlər. Digər övladlar evləndikdən sonra ayrılaraq uzun müddətdir ayrı təsərüfatda hər biri müxtəlif ünvandalarda yaşamışdırlar. Digər övladlar evlənib ayrılandan və mərhum atası Cəlil Məmmədov öləndən sonra mərhum Fatma Məmmədova ilə yalnız o, birgə yaşayıb, təsərüfatlarını idarə ediblər. X*2 *4 yanvar 2005-ci ildə vəfat etmişdir. X* və X*0 da ölmüşdülər. Anası öləndən sonra o, həyətdə yaşayış evi tikdirib, orada yaşayaraq evə, həyətyanı sahəyə özü baxmaqda, idarə və istifadə etməkdə davam etmişdir. Ona görə də mərhum X*2dan miras qalan əmlakları faktiki o, qəbul edibdir. Ona görə də mərhum X*2dan miras qalan əmlakın qəbul edilməsi və vərəsə kimi tanınmaq üçün müraciət etməklərinə baxmayaraq X20 Xidmət mərkəzində notariat ofisi *7 noyabr 2022-ci il tarixli 2878/2022 nömrəli məktubla miras əmlakların bölüşdürülməsi və vərəsiəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbil edə bilər. Miras açıldığı gündən altı ay keçirdikdən sora mirasın qəbuluna yol verilmir.Odur ki, mirasın qəbul edilməsi vaxtının uzadılması, eyni zamanda miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2 və Maraqlı şəxs5 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər və ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs5, onun nümayəndəsi və vəkili X** ərizəyə etiraz edərək, ərizənin əsassız olduğundan onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə ərizəçinin və maraqlı tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxslər ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli 3 saylı qərarın **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*0-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Bərdə regional Asan Xidmət * saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra *0 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar