Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-880/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X2 doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və X9 ərizə ilə məhkəməyə müraciət edərək X3 04 yanvar 2022-ci ildə Bərdə şəhərində doğulması faktının, atası Ərizəçi1 Müzəffər oğlu, anası isə Ərizəçi2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və X9 ərizəsini onunla əsaslandırmışdır ki, onlar 20 avqust 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə quruublar, birgə nikahlarından iki uşaqları anadan olmuşdur. 13 iyun 2019-cu ildə anadan olmuş azyaşlı X6 doğum haqqında şəhadətnamə almışlar, digər uşaqları azyaşlı Həsənli Fatimənin doğumunu qeyd etdirməmişlər. Hazırda Faitməyə doğum haqqında şəhadətnamə əldə etmək istəyirlər. Onlar uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, orada isə məhkəməyə müraciət etməyi bildiriblər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə ilasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş. Məhkəmə işə Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X4 izahatında göstərdi ki, Ərizəçi1 onun qardaşıdır. Qardaşı ilə Ərizəçi2 nikahlarını rəsmi olaraq qeyd etdirib evlənmişdir. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur, oğlu Hüseynə doğum haqqında şəhadətnamə almışlar. Lakin qızları Faaitməyə doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Orxan onun qaynıdır. Qaynı ilə Nihalın birgə nikahlarından iki uşaqları var, uşaqlardan oğlana doğuum haqqında şəhadətnamə almışlar. Lakin qızları Faitməyə doğum haqqında şəhadətnmə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 07 avqust 1991-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 01 iyu 1999-cu ildə Şəki rayonu, Başlıbel kəndində doğulmuş, Kəlbəcər rayonu Başlıbel kəndində qeydiyyatdadır. İş materiallarında olan 16654619 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əzimzadə Elnarə Bayram qızı 10 aprel 1998-ci idə Bərdə rayonu Xanərəb kəndinddə anadan olmuş, Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 279187 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X10 20 avqust 2018-ci ildə əsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 287994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X** 13 iyun 2019-cu ildə doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Əyricə kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 33 nömrəli, 13 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Həsənov X1 rayonundan məcburi köçkün, Bərdə rayonu, Əyricə kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon X8 Hüquqi şəxsi tərəfindən verilmiş 76 nömrəli, ** yanvar 2022-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi2 04 yanvar 2022-ci il tarixdə bir qız uşağı olmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 16-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi2 qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçilə Ərizəçi1 və X2 bir övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 Müzəffər oğlu ilə Ərizəçi2 Bərdə rayonunda 04 yanvar 2022-ci ildə bir qız övladının doğulması, atası Ərizəçi1, anası Ərizəçi2 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-880/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-880/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver