Məhkəmə qərarları › İş №2(021)-886/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-886/2024

14.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-886/2024 14.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qаrşı “işə bərpa” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qаrşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin Bərdə regional Mərkəzinin Mikrobioloji və molekulyar diaqnostika şöbəsində müdir vəzifəsində işləməyini nəzərə alınaraq xx.xx.2023-ci il tarixli, 3-22-1/3-1-554/2023 nömrəli əmrin etibarsız hesab edilərək işinə bərpa edilməsinə dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı "İşə bərpa tələbi"nə dair 2(021)-886/2024 nömrəli mülki iş hazırda Bərdə Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən mülki iş üzrə cavabdeh Aqrar Xidmətlər Agentliyinin Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov, ev. 7 A ünvanında yerləşdiyini nəzərə alaraq mülki iş üzrə ərazi aidiyyətinin dəyişdirilməsini və həmin işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Qeyri- Kommersiya qurumunun və təhsil müəssisələrinin vergi uçotu haqqında (VÖEN) – ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi hazırda ünvan 2 ünvanında qeydiyyatda olduğuna görə məhkəmə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən mülki iş üzrə cavabdeh Aqrar Xidmətlər Agentliyinin Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov, ev. 7 A ünvanında yerləşdiyini nəzərə alaraq mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qаrşı “işə bərpa” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar