Məhkəmə qərarları › İş №2(021)-89/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-89/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-89/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı QSC- nin nümayəndəsi X5 qızının iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdehlər Yusifov Niyaz Telman oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Telman oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia qaldıraraq: - Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 25R000003513 saylı kredit razılaşması üzrə 17069.35 ABŞ Dolları məbləğində kredit borcu, 18240.2 ABŞ Dolları məbləğində faiz borcu və 17828.24 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53137 (əlli üç min yüz otuz yeddi) ABŞ Dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; -Bərdə rayonu, Samuxlu kəndində xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 121.9 kv.m, yardımçı sahəsi 260.2 kv.m olmaqla ümumi sahəsi 382.1 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması, 53137 (əlli üç min yüz otuz yeddi) ABŞ Dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; -Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması; -Bərdə rayonu, Samuxlu kəndində xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 121.9 kv.m, yardımçı sahəsi 260.2 kv.m olmaqla ümumi sahəsi 382.1 kv.m olan fərdi yaşayış evi nə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1nın, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı QSC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 26.08.2014-cü il tarixli 25L000000708 saylı kredit müqaviləsinə əsasən 120 ay müdddətinə, 120.000.00 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında 26.08.2014-cü il tarixli, 25R000003513 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 29.03.2015-ci il tarixli 25R000003513S saylı, 28.03.2016-cı il tarixli 25R000003513SA saylı, 12.04.2017-ci il tarixli 25R000003513SC saylı, 25.10.2017-ci il tarixli 25R000003513SD saylı, 25.06.2018-ci il tarixli 25R000003513SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.08.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7930.65 ABŞ Dolları ödəmiş, onun 17069.35 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 771 gün üçün hesablanmış faiz borcu 18240.2 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 771 gün üçün hesablanmış cərimə 17828.24 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 25.08.2014-cü il tarixli 25M000000275 saylı ipoteka müqaviləsi (Bərdə rayon notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilib) əsasında Bərdə rayonu, Samuxlu kəndində xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 121.9 kv.m, yardımçı sahəsi 260.2 kv.m olmaqla ümumi sahəsi 382.1 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən 44 №-li reyestr kitabının 14 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bərdə rayonu, Samuxlu kəndində xüsusi mülkiyyətində olan 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 121.9 kv.m, yardımçı sahəsi 260.2 kv.m olmaqla ümumi sahəsi 382.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh1nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 22.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC- nin nümayəndəsi X5 qızı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh4 vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 25L000000708 saylı, 08.11.2013- cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətində 120.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. Mülki işə əlavə edilmiş 25R000003513 saylı, 26.08.2014-cü il tarixli, kredit razılaşmasından görünür ki, 25L000000708 saylı, 08.11.2013- cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq 1.8333 % ödəmək şərti ilə 25.000 ABŞ dolları kredit verilmişdir. Mülki işə əlavə edilmiş 29.03.2015-ci il tarixli 25R000003513S saylı, 28.03.2016-cı il tarixli 25R000003513SA saylı, 12.04.2017-ci il tarixli 25R000003513SC saylı, 25.10.2017-ci il tarixli 25R000003513SD saylı, 25.06.2018-ci il tarixli 25R000003513SE saylı sazişlərdən görünür ki, tərəflər arasında olan razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Mülki işə əlavə edilmiş 26.08.2014-cü il tarixli 25S000003951 saylı, 08.11.2013-cü il tarixli 25S000001463 saylı, 08.11.2013-cü il tarixli 25S000001462 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən götürdüyü kreditin təminatı olaraq bankla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında zaminlik müqavilələri imzalanmışdır. Mülki işə əlavə edilmiş 25M000000275saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25L000000708 saylı, 08.11.2013-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC tərəfindən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 15 374 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən fərdi yaşayış evi 0.23 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Maliyyə arayışdan görünür ki, Cavabdeh1 26.08.2014-cü il tarixli 25R000003513 saylı kredit razılaşması üzrə 26.08.2014-cü il tarixə olan borcu cəmi 53137.79 ABŞ dolları təşkil edir. Mülki işə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Mülki işə əlavə edilmiş Vİİ-JQ № 251713 saylı nikah haqqinda şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 qızı 04.06.1971- ci il tarixdə 04 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh6 oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası Cavabdeh1 məxsus olan Bərdə rayon Samux kəndində yerləşən mənzili İddiaçı QSC qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh5 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus olan Bərdə rayon Samux kəndində yerləşən mənzili İddiaçı QSC qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, oğlu Cavabdeh1 məxsus olan Bərdə rayon Samux kəndində yerləşən mənzili İddiaçı QSC qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş 22.09.2020-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 28.09.2020-ci il tarixli Ərizədən görünür ki, İddiaçı QSC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən fərdi yaşayış evinin 0.23 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə ƏQ-179\2021 saylı, 15.12.2021-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 15.12.2021-ci il tarixə likvid dəyəri 17 000 manat , real bazar dəyəri 20 000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\6760 saylı, 11.11.2021- ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 27.07.2020- ci il tarixinə olan borcu əsas borc üzrə 17 607.30 ABŞ dolları, faiz borcu üzrə 17 635.66 ABŞ dolları, 07.12.2020-ci il tarixə 17 607.30 ABŞ dolları, illik 20%-lə faiz borcu üzrə 17 635.66 ABŞ dolları, illik 5%-lə faiz borcu üzrə 317.91 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarıdan görünür ki, İddiaçı QSC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 25L000000708 saylı, 08.11.2013- cü il tarixli saylı kredit müqaviləsinə əsasən 120 ay müdddətinə, 120.000.00 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında 26.08.2014-cü il tarixli, 25R000003513 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 29.03.2015-ci il tarixli 25R000003513S saylı, 28.03.2016-cı il tarixli 25R000003513SA saylı, 12.04.2017-ci il tarixli 25R000003513SC saylı, 25.10.2017-ci il tarixli 25R000003513SD saylı, 25.06.2018-ci il tarixli 25R000003513SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə üzrə oğlu, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə bağlanmış zaminlik müqavilələri bağlanmışdır. İş üzrə İddiaçı QSC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin müəyyən olundu ki, Cavabdeh4 10.12.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərdən Cavabdeh4 vəfat etdiyindən iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 17069.35 ABŞ dolları, faiz borcu 18240.2 ABŞ dolları olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 17 607.30 ABŞ dolları, faiz borcu üzrə 17 635.66 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan əsas borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit müqaviləsi üzrə əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan kredit müqaviləsi üzrə faiz borcu məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, reditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı «Accessbank” QSC-nin iddiasının 17828.24 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25L000000708 saylı, 08.11.2013-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC tərəfindən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı, 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 17 000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinn və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 17 000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinəə və 0.23 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, cavabdehlər Yusifov Telman Niyaz oğlu, Cavabdeh5 və Cavabdeh4 tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, Cavabdeh1 Telman oğlunun mülkiyyətində olan ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etməsi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Lakin Cavabdeh4 vəfat etdiyindən iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi «Accessbank” QSC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Accessbank” QSC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Yusifzadə Niyaz Telman qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17069.35 ABŞ dolları əsas, 17 635.66 ABŞ dolları manat faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 34 805.01 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə «Accessbank” QSC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 20 000 manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılmalı, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Yusifov Niyaz Telman oğlu, Cavabdeh6 oğlu, Cavabdeh5 və Cavabdeh7 həmin ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalı və fərdi yaşayış boşaltmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu Cavabdeh1 Telman oğlundan Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı «Accessbank” QSC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Telman oğlundan alınaraq iddiaçı «Accessbank” QSC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 350 manat cavabdehlər Cavabdeh1 Telman oğlundan tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh1 Telman oğlundan tutularaq “dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Telman oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17069.35 ABŞ dolları əsas, 17 635.66 ABŞ dolları manat faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 34 805.01 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq iddiaçı «Accessbank” QSC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Samux kəndində yerləşən 0.23 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121.9 kv.m yaşayış, 260.2 kv.m yardımçı , 382.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 17 000 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Yusifov Niyaz Telman oğlu, Cavabdeh6 oğlu, Cavabdeh5 və Cavabdeh7 həmin fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılsınlar və həmin fərdi yaşayış evini boşaltsınlar. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 350 manat cavabdeh Cavabdeh1 Telman oğlundan tutularaq "xxxx" MMC -yə ödənilsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh1 tutularaq “dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 Telman oğlundan alınaraq «Accessbank” QSC-yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum Cavabdeh1 alınaraq «Accessbank” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar