Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-895/2024 16.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “notariat icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan əsassız olaraq 69.99 (altmış doqquz manat doxsan doqquz qəpik) pul məbləğinin tutulması ilə əlaqədar Bərdə regional Asan xidmət notariat ofisinin notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-28888 saylı icra qeydinin ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya iddiaçının dövlət rüsumunun ödənilməsindən azad edilən kateqoriyaya aid olan şəxs olmasını göstərən sənəd mövcud deyildir. Belə olan halda iddia ərizəsi geri qaytarılmalıdır. Hazırki iddia isə icra qeydinin ləğvi ilə əlaqədar verilmişdir və qiymətləndirilməyən iddia olduğundan 100 manat dövlət rüsumunun ödənilməsi tələb olunur. Yalnız dövlət rüsumu ödənildikdən və bu haqda sənəd iş materiallarına əlavə edildikdən sonra hazırki iddiaya baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə xatırladır ki, “X3” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “notariat icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “notariat icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-895/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-895/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver