Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-915/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi olmaqla, “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasıın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Cəyirli kəndində, mərhum oğlu X6 miras qalmış əmlakın (torpaq sahəsinin) mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Cəyirli kəndində yaşayır. X1 ilə rəsmi nikahları olmuş və onların rəsmi nikahlarından X12 adlı övladları olmuşdur. 01 avqust 2005-ci ildə oğlu X12 ölmüşdür. 11 mart 2024-cü ildə isə əri X7 avtoqəza nəticəsində ölmüşdür. Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə Bərdə rayonu Cəyirli kəndində onlara, yəni X4, X8, X11 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna görə də JN 104 H, KOD 61005088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə tərtib edilmişdir. Bərdə Rayon Aqrar islahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Cəyirli kəndində onlara, yəni X4, X8 və X11 0.04 ha həyətyanı torpaq sahəsi verilib. Buna görə də JN 104 A, KOD 61005088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Oğlu İmranın ölümündən sonra vaxtında dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Lakin elə həmin vaxtdan da oğlundan miras qalmış əmlakı faktiki miras kimi qəbul edərək, idarə edir. Lakin vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən də problemlərlə üzləşmişdir. Vərəsəlik şəhadətnaməsi almaq üçün vaxtında müraciət etmədiyindən əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Bu səbədən də Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat Kontoruna müraciət etmiş, ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Bərdə rayonu Cəyirli kəndində, mərhum oğlu X6 və mərhum əri X2 miras qalmış əmlakın (torpaq sahəsinin) mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrlü sayaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 2261 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Güloğlular İƏD üzrə Cəyirli kəndində qeydiyyatdadır və yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 2262 saylı arayışdan görünür ki, Ərizəçi 1958-ci ildə anadan olmuşdur, ailə üzvləri: əri-1954-cü il təvəllüdlü X2 (vəfat edib) və oğlu-1985-ci il təvəllüdlü X6 (vəfat etmişdir) ibarət olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-104H KOD 61005088 saylı şəhadətnamədən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Cəyirli kənd sakini X3, X5 və X10 mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-104A KOD 61005088 saylı şəhadətnamədən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən Bərdə rayonu Cəyirli kənd sakini X3, X5 və X10 mülkiyyətinə 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bərdə rayonu Güloğlular kənd İƏV üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2005-ci il tarixli AZ-İ 150156 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 18 iyul 2005-ci ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli AZ-İİ 409766 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 11 mart 2024-cü ildə ölmüşdür. Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 2747 saylı məktubdan görünür ki, Ərizəçi 18 iyul 2005-ci ildə vəfat etmiş oğlu X6 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən məhkəməyə müraciət etməsi ona məsləhət görülmüşdür. 29 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə X7 ailə həyatı qurmuş, birgə nikahlarından X12 adlı bir övladları doğulmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-104H KOD 61005088 saylı Şəhadətnaməyə əsasən Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, X5 və X10 adına qeydiyyata alınmışdır. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə dair” JN-104A KOD 61005088 saylı Şəhadətnaməyə əsasən Bərdə rayonu Cəyirli kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, X5 və X10 adına qeydiyyata alınmışdır. X12 18 iyul 2005-ci ildə, X7 isə 11 mart 2024-cü ildə vəfat etmişlər. Bərdə rayonu Cəyirli kəndində yerləşən və ümumi birgə mülkiyyətdə olan 0,16 və 0,04 ha həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi Bərdə rayonu Cəyirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,16 və 0,04 ha həyətyanı torpaq sahəsindən əri X3 və oğlu X10 payına düşən hissəsinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilməli və ərizəçinin Bərdə rayonu Cəyirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,16 və 0,04 ha həyətyanı torpaq sahəsindən əri X3 və oğlu X10 payına düşən hissəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu X6 və əri X2 miras qalmış, Bərdə rayonu Cəyirli kəndində yerləşən və ”Torpağın mülkiyyətə verilməsinə dair” JN-104H KOD 61005088 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,16 ha həyətyanı torpaq sahəsindən və ”Torpağın mülkiyyətə verilməsinə dair” JN-104A KOD 61005088 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,04 ha həyətyanı torpaq sahəsindən oğlu X10 və əri X3 payına düşən və miras qalmış torpaq sahəsinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilsin. Bərdə rayonu Cəyirli kəndində yerləşən və ”Torpağın mülkiyyətə verilməsinə dair” JN- 104H KOD 61005088 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,16 ha həyətyanı torpaq sahəsindən və ”Torpağın mülkiyyətə verilməsinə dair” JN-104A KOD 61005088 saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,04 ha həyətyanı torpaq sahəsindən oğlu X10 və əri X3 payına düşən və miras qalmış həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-915/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-915/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver