Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-92/2025 29.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X35 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı, cavabdeh (iddiaçı), eyni zamanda digər iddiaçılar X6, X10 və X12 nümayəndəsi Cavabdeh1, cavabdeh (iddiaçı) Cavabdeh2 və cavabdeh (iddiaçı) Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə, iddiaçılar Cavabdeh1, X6, X10 və X12 cavabdehlər Cavabdeh3, X13, X22 və İddiaçı qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə və iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, X13 və X22 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsindən çıxarılmasına, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Lənbəran kəndində 0.7409 ha torpaq sahəsi var. Sözügedən torpaq sahəsini xx.xx.2023-cü il tarixdə Cavabdeh3 alqı-satqı qaydasında almış, AN-İ ******* saylı Alqı-satqı müqaviləsi reyestrdə 4Ə-1754 nömrə ilə qeydə alınmışdır. Bundan sonra sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsində xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi, **********26 saylı reyestr nömrəsi ilə qeydə alınaraq "Çıxarış” verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən В 080371 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də tərtib edilmişdir. Həmin torpaq sahəsində əkin işləri görmək istəyərkən, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özbaşınalıq və qanunsuzluq edərək mülkiyyətində olan torpaq sahəsində heyvanlarını otarırlar. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərinə əhəmiyyət verməyərək, hazırda mülkiyətində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməsinə də maneə törədirlər. 0,7409 ha torpaq sahəsini alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-in 7 saylı Bərdə Ərazi idarəsinin əməkdaşları tərəfindən torpaq sahəsinin koordinatları ona tanıdılmışdır. Cavabdehlər qanunsuz olaraq onun torpağını zəbt etdiklərindən onların oradan çıxarılması üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. İddiaçılar Cavabdeh1, Abidə İsmayılova, Nərgiz Məmmədova və Orxan İsmayılov məhkəmədə iddia qaldıraraq onların Bərdə rayonu Lənbəran kəndi ərazisində yerləşən 1.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqlarının Cavabdeh3 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin onların xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar Cavabdeh1 və qeyriləri iddia tələblərini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə onların mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndinin ərazisində 3,45 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 10 dekabr 1999cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN 412 saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onların torpaq sahəsi iki hissədə olmaqla, 1,71 hektarı başqa ərazidə, 1.74 hektarı isə digər ərazidə yerləşir. Torpaq sahələrinin 1.74 hektarı ilə bağlı 15 mart 2022-ci il tarixdə **********42 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. 15 mart 2022-ci il tarixli **********42 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 1.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onların mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu Lənbəran kəndində yaşayan Cavabdeh3 atası X17, onun ölümündən sonra isə vərəsəsi, Cavabdeh3 onlara verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsini uzun müddətdir, yəni 1999-cu il tarixdən zəbt edib, torpaq sahəsində kənd təsərrüfat təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Onların isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir, heç biri digər sahələrdə işləmirlər, lakin qeyd etdikləri səbəbdən torpağı əkib becərə bilməmişlər. Lakin torpağın vergisini hər il özləri ödəyir və dövlət tərəfindən verilən subsidiyanı da özləri alıblar. Dəfələrlə onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən xahiş ediblər. Lakin Cavabdeh3 torpaq sahəsindən çıxmamışdır. Bununla da, Cavabdeh3 onların hüquqlarını pozmuşdur. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Lənbəran kəndində yerləşən ona məxsus 0.6132 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən istifadə hüququnu Cavabdeh3, X18 və X27 tərəfindən pozan hərəkətlərə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə RAİK-nın 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə mərhum X1nun və onun mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndinin ərazisində 1,62 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 10 dekabr 1999-cu il tarixdə Torpağa mülkiyyət hüququna dair JN:-411 saylı 61000048 kodlu Dövlət Aktı təqdim edilmişdir. Onlara məxsus həmin torpaq sahəsinin 1,0 hektarı başqa ərazidə, 0,6132 hektarı isə başqa ərazidə yerləşir. X1 xx.xx.2000-ci il tarixdə ölmüşdür. 2V-243 reyestr nömrəli, 04 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Torpaq sahəsinin 0,6132 hektarının tam onun mülkiyyətinə keçməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli **********88 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi tam onun mülkiyyətinə verilmişdir. Lakin Bərdə rayonu Lənbəran kəndində yaşayan Cavabdeh3 atası X17, onun ölümündən sonra isə sonuncunun vərəsəsi, Cavabdeh3 onlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzun müddətdir, yəni 1999-cu il tarixdən zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkibbecərərək mənfəət götürmüş və ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Onun isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir. Çünki başqa heç bir digər sahədə işləmir. Bərdə Rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətinə veriləndən sonra onlar torpaq sahələrini özləri əkib-becərə bilməmişlər. Lakin torpağın vergisini hər il özü ödəmiş və dövlət tərəfindən verilən subsidiyanı da özü almışdır. Dəfələrlə onlara məxsus kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən şifahi xahiş etmiş, ancaq Cavabdeh3 torpaq sahəsindən çıxmamışdır. Bununla da, Cavabdeh3 onların hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını, ona qarşı verilmiş iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (iddiaçı), eyni zamanda digər iddiaçılar X6, X10 və X12 nümayəndəsi Cavabdeh1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını, onlara qarşı verilmiş iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (iddiaçı) Cavabdeh2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını, ona qarşı verilmiş iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, X13 və X22 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh1 xx.xx.1965-ci ildə Bərdə rayonu Qaratəpə kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X15 xx.xx.1968ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X23 xx.xx.1994cü ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AZE seriyalı 17727700 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X19 xx.xx.1992-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X18 xx.xx.1962-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X27 xx.xx.1976-cı ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 144 nömrəli arayışdan görünür ki, Cavabdeh3 Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda Bakı şəhərində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 137 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu Lənbəran kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayonu Lənbəran kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 138 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri: arvadı-xx.xx.1968-ci il təvəllüdlü X5, qızı-xx.xx.1992-ci il təvəllüdlü X7 və oğlu-xx.xx.1994-cü il təvəllüdlü X11 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışdan görünür ki, X18 və X9 rayonu Lənbəran kəndində qeydiyyatdadırlar və hazırda Bərdə rayonu Lənbəran kəndində yaşayırlar . Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışdan görünür ki, Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən 2019-cu ilə qədər kənd təsərrüfatı istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə verilən subsidiya yazılarkən Cavabdeh1 subsidiya yazılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X37 Mərkəzinin 24 may 2022-ci il tarixli 4 nömrəli arayışından görünür ki, Cavabdeh1 2020-2021-ci il əkin dönəmi üçün X21 İnformasiya Sistemində (EKTİS) bəyan vermiş və bəyana əsasən vətəndaşa 129,39 manat subsidiya ödənilmişdir. xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı-Cavabdeh3 Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsini Alıcı-İddiaçı 27000 (iyirmi yeddi min) manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X8, X12 və Cavabdeh1 adına qeydə alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-412 KOD 61000048 olan Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən Cavabdeh1, X6, X8, X12 mülkiyyətinə 3,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-411 KOD 61000048 olan Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən X2 və Cavabdeh2 mülkiyyətinə 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx.xx.2022-ci il tarixli 2V-243 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X2 vərəsəsi oğlu Cavabdeh2dur. -Miras əmlak JN-411 KOD: 61000048 olan Dövlət Aktına əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən ümumi sahəsi 1,62 ha olan torpaq sahəsinin X3 məxsus olan hissəsindən barətdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 10/9627 nömrəli Rəyindən görünür ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən .6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 sentyabr 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur, İddiaçı istifadəsindədir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində 4 və 5-ci suallar cavablandırılmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatı ilə əlaqədar kompleks yerquruluşu layihəsi və Torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS məlumat bazası) əsasən müqayisələndirildi. -Hazırda iddiaçı və cavabdehlər torpaq islahatına dair yerquruluşu layihəsinə və TEKUİS-ə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edilmir. Bu səbəbdən iddiaçı Cavabdeh2 ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli Rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-412 saylı Dövlət Aktı ilə iddiaçı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 1,74 ha hissəsi Cavabdeh3 oğu tərəfindən istifadə edilmir. -TEKUİS məlumat bazsına əsasən isə Torpağa mülkiyyət hüququna dair JN-412 saylı Dövlət aktı ilə iddiaçı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,74 ha hissəsindən 0,79 hektarı Cavabdeh3 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş yerquruluşu layihəsinə və TEKUİS-nə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə etmirlər. Bu səbəbdən iddiaçı Cavabdeh2 ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2025-ci il tarixli 10/6150 nömrəli Rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. -Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. -Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur, İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. -Qərardadın 4-5-ci suallarının cavablandırılması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi Rəyindən görünür ki, Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Lənbəran kəndində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. -Elektron məlumat bazasında mövcud, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş Lənbəran kəndində yerləşən 0.6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. -Elektron məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 sentyabr 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 və ya digər şəxslər tərəfindən istifadə olunmur, İddiaçı özünün istifadəsindədir. -TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6, X8, X12 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3, X18, İddiaçı tərəfindən istifadə olunmur. Bildiririk ki, həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsi Cavabdeh1 və ailə üzvlərinin istifadəsindədir, qalan 0,59 ha hissəsi isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli Rəyində, Elektron məlumat bazasında mövcud Lənbəran təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-412 saylı Dövlət Aktı ilə iddiaçı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 1,74 ha hissəsinin Cavabdeh3 oğu tərəfindən istifadə edilmədiyi qeyd edilsə də, növbəti bənddə TEKUİS məlumat bazasına əsasən isə Torpağa mülkiyyət hüququna dair JN-412 saylı Dövlət Aktı ilə iddiaçı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,74 ha hissəsindən 0,79 hektarının Cavabdeh3 tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi Rəyində isə, TEKUİS məlumat bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6, X8, X12 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3, X18, İddiaçı tərəfindən istifadə olunmadığı, həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsinin Cavabdeh1 və ailə üzvlərinin istifadəsində olduğu, qalan 0,59 ha hissəsinin isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunduğu göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi rəyi daha mötəbər hesab etmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı iddia ərizəsində Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,7409 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edildiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2025-ci il tarixli 10/6150 nömrəli rəyindən, eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayn Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi rəyindən müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 sentyabr 2023-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 0.7409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və ya digər şəxslər tərəfindən istifadə olunmur, İddiaçı özünün istifadəsindədir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan 0,7409 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Belə olan halda, İddiaçı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Bundan başqa, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X8, X12 və Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh1, Abidə İsmayılova, Nərgiz İsmayılova və Orxan İsmayılov iddia ərizəsində Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh3, X18, X27 və İddiaçı tərəfindən zəbt edildiyini qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq verdiyi Rəyindən müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X6, X8, X12 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3, X18 və İddiaçı tərəfindən istifadə olunmur. Həmin 1,74 ha torpaq sahəsinin 1,15 ha hissəsi Cavabdeh1 və ailə üzvlərinin özlərinin istifadəsindədir, qalan 0,59 ha hissəsi isə kəndin mərkəzindən düz xətt boyunca 5,0 km şərq istiqamətdə yerləşməklə naturada digər şəxslər tərəfindən istifadə olunur. Göründüyü kimi, iddiaçılar Cavabdeh1, Abidə İsmayılovanın, Nərgiz İsmayılovanın və Orxan İsmayılovun ümumi birgə mülkiyyətində olan 1,74 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Mehrab Zamanov, Rövşən Kərimov və İddiaçı tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Mütəxəssis rəyi ilə sözügedən torpaq sahəsinin 0,59 ha hissəsinin isə Cavabdeh3, Mehrab Zamanov, Rövşən Kərimov və İddiaçı tərəfindən deyil, digər şəxslər tərəfindən istifadə olunması müəyyən edilmişdir. Belə olan halda, iddiaçılar Cavabdeh1, Abidə İsmayılovanın, Nərgiz İsmayılovanın və Orxan İsmayılovun iddia tələblərinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Bundan başqa, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 iddia ərizəsində Bərdə rayonu Lənbəran kəndində yerləşən 0,6132 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh3, X18 və X27 tərəfindən zəbt edildiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2025-ci il tarixli 10/6150 nömrəli rəyindən, eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 7 saylı Bərdə Ərazi İdarəsinin Rəyindən müəyyən olunur ki, iddiaçı və cavabdehlər torpaq islahatına dair yerquruluşu layihəsinə və TEKUİS-nə istinadən onlara sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edilmir. Bu səbəbdən iddiaçı Cavabdeh2 ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilən 0,6132 ha torpaq sahəsindən cavabdehlər istifadə etmirlər. Göründüyü kimi, iddiaçı Cavabdeh2 mülkiyyətində olan 0,6132 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Mehrab Zamanov və Rövşən Kərimov tərəfindən zəbt edilməsi məhkəmədə araşdırılmış kifayət qədər mötəbər sübutlarla təkzib edilir. Belə olan halda, iddiaçı Cavabdeh2 iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçıların üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat və iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumları iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar Cavabdeh1, X6, X10 və X12 cavabdehlər Cavabdeh3, X13, X22 və İddiaçı qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, X13 və X22 qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbləri təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat və iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-92/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-92/2025
29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver