Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-926/2024 26.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X29 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı, üçüncü şəxslər X5 (bundan sonra üçünü şəxs və ya Sədaqət İbrahimova) və X15 (bundan sonra üçüncü şəxs və ya Fidan Nəcəfzadə) olmaqla, “Payların müəyyənləşdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 120.8 kv.m. olan fərdi yaşayış evi üzrə payların müəyyənləşdirilməsi və naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 sakinidir. X4, anası isə X3r. X22 02 dekabr 1993-cü il tarixdə, anası Qaratel İbrahimova 06 sentyabr 1978-ci il tarixdə, qardaşı X11 isə 23 noyabr 2005-ci il tarixdə vəfat etmişlər. X20 vəfat etməmişdən öncə onların xüsusi mülkiyyətlərində ünvan 1i ünvanında 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 120.8 kv.m. olan fərdi yaşayış evi olmuşdur. Fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Çıxarışda isə hüquq sahiblərinin adı olaraq ilkin olaraq onun adı, üçüncü şəxs kimi qeyd etdiyi mərhum X2 Fidan Baxış qızı, onun bacısı X5 və mərhum qardaşı X6 adları qeyd olunmuşdur. Fərdi yaşayış evi onun adına olsa da, fərdi yaşayış evini əslində qardaşı X10 oğlu X12 tikmişdir. İndi isə fərdi yaşayış evini qardaşı oğlu X7 adına sənədləşdirmək istəyir. Lakin bununla bağlı ASAN xidmət mərkəzinə müraciət etdikdə 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 120.8 kv.m. olan fərdi yaşayış evi üzrə mərhum qardaşının payının müəyyən olunmadığı və vərəsəlik şəhadətnaməsi alınmadığını bildirmişlər. Hazırda üçüncü şəxs kimi qeyd etdiyi bacısının və mərhum qardaşının qızının mərhum qardaşının payının rəsmi olaraq onun adına sənədləşməsinə heç bir etirazları yoxdur. Paylar müəyyən olduqdan sonra rəsmi olaraq evi qardaşının övladının adına sənədləşdirə bilər. Buna görə də məhkəməyə müraciət etmişdir ki, ünvan 1i ünvanında 08 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 120.8 kv.m. olan fərdi yaşayış evi üzrə paylar müəyyənləşdirilsin və naturada ayrılıb verilsin. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 120.8 kv.m. olan fərdi yaşayış evi üzrə payların müəyyəmləşdirilməsi və naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ünvan 1i ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində payların müəyyənləşdirilməsi və naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq üzərində inşa edilmiş ümumi sahəsi 120,8 kv.m. olan fərdi yaşayış evinin üzərində payların müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 02 iyul 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 02 iyul 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, qayınX22 02 dekabr 1993-cü il tarixdə, qayınanası Qaratel İbrahimova 06 sentyabr 1978-ci il tarixdə, əri X11 isə 23 noyabr 2005-ci il tarixdə vəfat etmişlər. X31 vəfat etməzdən əvvəl xüsusi mülkiyyətlərində ünvan 1i ərazisində 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evləri olmuşdur. Qeyd olunan fərdi yaşayış evi üzrə payların müəyyənləşdirilməsinə və naturada ayrılıb verilməsinə etiraz etmir. 02 iyul 2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs Sədaqət İbrahimova göstərdi ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə payların müəyyənləşdirilməsinə və naturada ayrılıb verilməsinə etiraz etmir. 02 iyul 2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs Fidan Nəcəfzadə göstərdi ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə payların müəyyənləşdirilməsinə və naturada ayrılıb verilməsinə etiraz etmir. Cavabdeh, üçüncü şəxslər Sədaqət İbrahimovaya və Fidan Nəcəfzadəyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1973-cü ildə ünvan 1ində anadan olmuşdur, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatdadır. AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuşdur, Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır. AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X5 xx.xx.1976-cı ildə ünvan 1ində anadan olmuşdur, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 3-də qeydiyyatdadır. AZE Seriyalı 17413265 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X15 xx.xx.1998-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuşdur, Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 120,8 kv.m. olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X9, X1 və X6 adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli 1689- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X17 02 dekabr 1993-cü ildə ünvan 1ində ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 1698- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X14 23 noyabr 2005-ci ildə ünvan 1ində ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 1697- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X8 06 sentyabr 1978-ci ildə ünvan 1ində ölmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan əsasən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 120,8 kv.m. olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X9, X1 və X6 adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçilərdən X14 23 noyabr 2005-ci ildə ölmüşdür. Məhkəmə iclasında digər mülkiyyətçilər torpaq sahəsi və fərdi yaşayış evi üzərində paylarının müyyən edilməsinə etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi və həmin 0,08 ha torpaq sahəsinin üzərində inşa edilmiş 120,8 kv.m. olan fərdi yaşayış evi İddiaçı, X9, X1 və X6 ümumi birgə mülkiyyətində olduğundan və onların hər biri paylarının müəyyən edilməsinə etiraz etmədiyindən iddia tələbi təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X9, X1 və X6 ümumi birgə mülkiyyətlərində olan və ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 120,8 kv.m. olan fərdi yaşayış evinə İddiaçı, X9, X1 və X6 ¼ hissədə payları müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər X5 və X15 olmaqla, “Payların müəyyənləşdirilməsi” tələbinə dair iddiası təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X9, X1 və X6 ümumi birgə mülkiyyətlərində olan və ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 120,8 kv.m. olan fərdi yaşayış evinə İddiaçı, X9, X1 və X6 ¼ hissədə payları müəyyən olunsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-926/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-926/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver