Məhkəmə qərarları › İş №2(021)-927/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-927/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-927/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2 Hüseynalı oğlunun və X1 iştirakları ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs1 olmaqla, “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 aprel 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş X1 doğum faktının müəyyən olunmasına, atasının Maraqlı şəxs2 Hüseynalı oğlu, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 Hüseynalı oğlu ilə qeyri-rəsmi ailə həyatı qurub evlənmişlər. Onların birgə yaşayış dövründə 3 (üç) nəfər övladları anadan olmuşdur. Lakin baş qarışıqlığından 15 aprel 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmişlər, orada onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək, göstərdi ki, Təbriz adlı şəxslə qeyri-rəsmi ailəli olmuş, ondan ayrılaraq Maraqlı şəxs2la qeyri-rəsmi ailə quraraq bir müddət onunla yaşamışdır. Maraqlı şəxs2la olan ər-arvad münasibətindən 15 aprel 2006-cı il tarixdə Elvin adlı uşağı doğulmuşdur. Sonra Maraqlı şəxs2 ayrılmışdır və bir yerdə yaşamırlar. Yenidən əvvəlki əri Təbriz adlı şəxslə barışıb ailə həyatını bərpa edərək onunla ər-arvad kimi yaşayırlar. Lakin nə Təbriz, nə də Vüqar ilə rəsmi nikahları olmamışdır. Təbriz adlı kişidən cəmi 3 (üç) nəfər övladları doğulmuşdur. Həmin övladlarına doğum haqqında şəhadətnamə alsa da, Maraqlı şəxs2 15 aprel 2006-cı ildə doğduğu oğlu Elvinə doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 04 aprel 2024-cü il tarixli qərarı ilə Maraqlı şəxs2 Hüseynalı oğlu və X4 maraqlı şəxs qismində mülki işə cəlb edilmişlər. Məhkəmə iclasında dindirilmiş Maraqlı şəxs2 Hüseynalı oğlu göstərdi ki, Ərizəçi keçmiş arvadı olmuşdur. Belə ki, sonuncu ilə qeyri-rəsmi ailə həyatı qurmuş, onların qeyrirəsmi nikahlarından Elvin adlı oğlu doğulmuşdur. Ərizəçi ilə ayrıldıqdan sonra Şəhla adlı qadınla evlənmiş və 18 ildir ki, Şəhla ilə bir ailə olaraq yaşayırlar. Şəhladan yeddi uşağı doğulmuşdur. Ərizəçi ilə ayrılanda oğlu Elvin 6 aylıq olmuşdur. Elvin hazırda anası Esmiranın yanında yaşayır. Təsdiq edir ki, Elvin adlı uşaq onun oğludur. Məhkəmə iclasında dindirilmiş maraqlı şəxs X4 göstərdi ki, Bərdə rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs2, anası isə Ərizəçidır. O doğulduqdan sonra atası ilə anası ayrılmış, atasının himayəsində yaşamış, onu atasının ikinci arvadı Şəhla böyütmüşdür. Şəhla ona demişdir ki, anasının adı Esmiradır. Sonradan bilmişdir ki, Əminə adlı bacısı da var. Hazırda Bakı şəhərində dayısı ilə yaşayır və fəhləlik edir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərdi ki, 2002-ci ildə doğulmuşdur, Ərizəçi anasıdır. Atası isə Təbriz adlı şəxsdir. O, evin böyük övladıdır. Anası Esmira o dünyaya gəldikdən sonra atası Təbrizdən ayrılmış və Vüqar adlı şəxslə qeyrirəsmi ailə həyatı qurmuş, onların həmin münasibətlərindən Elvin adlı övladları doğulmuşdur. Lakin anası sonradan Vüqardan ayrılaraq yenidən Təbrizlə evlənmişdir. Bu evliliklərindən isə balaca qardaşı Kənan doğulmuşdur. Qardaşı Elvin həmişə atası Vüqarın yanında yaşamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidi dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Ş.İsmayılov küçəsi ev 31-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Babək küçəsi ev 11də qeydiyyatdadır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 05 dekabr 2023-cü il tarixli, 18-1-28/2- 1629/2023 saylı məktubundan görünür ki, Ərizəçi deməsinə görə Maraqlı şəxs2 Hüseynalı oğlu ilə birgə nikah dövründən olan xx.xx.2006-cı il təvəllüdlü Mahmudov ...... Esmira oğlu Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Maraqlı şəxs1 tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 3-16-5/8-15-653/2023 saylı məktubdan görünür ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 16 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi məhkəməyə 15 aprel 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş X1 doğum faktının müəyyən olunmasına, atasının Maraqlı şəxs2 Hüseynalı oğlu, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair ərizə versə də, öz ərizəsinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş ərizəçi, maraqlı şəxslər və şahid fərqli izahatlar vermişlər. Maraqlı şəxs2 15 aprel 2006-cı ildə anadan olmuş Elvinin onun oğlu olduğunu, ayrıldıqdan sonra uşağın anası Ərizəçi himayəsində qaldığını bildirsə də, Elvin adlı şəxs məhkəmə iclasında verdiyi izahatında atası Maraqlı şəxs2 himayəsində yaşadığını, ona ana olaraq Şəhlanın baxdığını, Şəhlanın ona anasının Esmira olduğunu dediyini, hazırda Bakı şəhərində dayısının yanında yaşadığını bildirmişdir. Göründüyü kimi, izahatlarda ziddiyyətli məqamlar vardır və həmin ziddiyyətli məqamlara işdə olan sübutlar əsasında aydınlıq gətirilməsi mümkün deyildir. Habelə, doğum faktının müəyyən edilməsi üçün müraciət edilən şəxs ərizəçinin bildirdiyinə görə 15 aprel 2006-cı ildə doğulmuşdur. Göründüyü kimi, işə məhkəmədə baxılan vaxt onun artıq 18 yaşı tamam olmuşdur. Belə olan halda, 18 il müddətində həmin uşağa doğum haqqında şəhadətnamənin alınmaması və ya hazırkı tələblə məhkəməyə müraciət edilməməsi, yalnız uşaq 18 yaşına çatdıqda müraciət edilməsi ərizəçinin hazırkı tələbinin haqlı olması ilə bağlı məhkəmədə əsaslı şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, yəni şərti olaraq Elvin adlandırdığı şəxsin atasının Maraqlı şəxs2 Hüseynalı oğlu, anasının isə özü olmasını sübut edə bilmədiyindən ərizə təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Hüseynalı oğlu və X4 olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar