Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-938/2021 13.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3 oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh3 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10987.51 manat əsas borc, 177.74 manat faiz borcu, 14898.68 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu olmaqla, ümumilikdə 27523.55 manat, 30.40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat dövlət rüsumunun tutulmasını, Tutmanın ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh1 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 oğlundan tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə, ipoteka predmetinə tutma yönəldildikdə və əmlaklar satıldıqdan sonra həmin mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 oğluna 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsinə əsasən 36 ay müdddətinə, ilik 6% olmaqla 39000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 ilə 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\e saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh1 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 ilə 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\d saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh2 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Dəfələrlə cavabdehlərə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borc ödənilməmişdir. Cavabdeh3 30.09.2020-ci il tarixinə "xxxx" ASC-yə 10987.51 manat əsas borc, 177.74 manat faiz borcu, 14898.68 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu olmaqla, ümumilikdə 27523.55 manat borcu vardır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh3 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10987.51 manat əsas borc, 177.74 manat faiz borcu, 14898.68 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu olmaqla, ümumilikdə 27523.55 manat, 30.40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat dövlət rüsumunun tutulmasını, Tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh1 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 oğlundan tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə, ipoteka predmetinə tutma yönəldildikdə və əmlaklar satıldıqdan sonra həmin mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi S.Muradzadə iddia ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3 oğlu məhkəməyə teleqram göndərərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh3 36 ay müddətinə illik 6% olmaqla 39000 manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC, Cavabdeh3 oğlu və Cavabdeh1 arasında bağlanmış 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\e İpoteka Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 oğluna 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6% olmaqla 39000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\e İpoteka Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ipoteka müqaviləsində ipotekanın predmeti 27500 (iyirmi yeddi min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\d İpoteka Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6% olmaqla 39000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 06.02.2015-ci il tarixli 115.CL.2004.060215.00001\d İpoteka Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ipoteka müqaviləsində ipotekanın predmeti 37500 (otuz yeddi min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 12.10.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30.09.2020-ci il tarixə kimi 10987.51 manat əsas borc, 177.74 manat faiz borcu, 14898.68 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu olmaqla, ümumilikdə 27523.55 manat borcu vardır. Mülki işə əlavə edilmiş X2 notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, əri Cavabdeh1 məxsus Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin İddiaçı ASC-nin qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş X1 notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, əri Cavabdeh2 məxsus Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin İddiaçı ASC-nin qarşısında ipoteka qoyulmasına razılıq vermiş, həmin ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayon Q.Quliyev küçəsi 1 nömrəli binada yerləşən 29 saylı mənzil İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Yevlax rayon Q.Quliyev küçəsi 1 nömrəli binada yerləşən 23 saylı mənzil İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 30.10.2020-cı il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 20.11.2020-ci il tarixli Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş 20.11.2020-ci il tarixli Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 09\4130 saylı, 25.06.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsi üzrə 30.09.2020-ci il tarixə 6999.56 manat əsas, 249.65 manat faiz, 2080.42 manat cərimə borcu təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarıdan görünür ki, İddiaçı ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsinə əsasən 36 ay müdddətinə ilik 6% olmaqla 39000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər isə öz əmlaklarını həmin kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişlər. İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh3 oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh3 oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən əsas borcunun yuxarı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh3 banka əsas borcu üzrə 10987.51 manat deyil, 6999.56 manat borcunun olması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən faiz borcunun aşağı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh3 banka faiz borcu üzrə 177.74 manat deyil, 249.65 manat, borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh3 banka olan əsas borcunun məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyi əsasında Cavabdeh3 banka olan faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələblər üzrə iddia tələbinin faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri, həmçinin iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən cərimə məbləğinin 2080.42 manat müəyyən edilməsini nəzərə alır və İddiaçı ASC -nin iddiasının 14898.68 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1459.62 manat tələbi hissəsində təmin olunmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 oğlu arasında bağlanmış 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001\e saylı və İddiaçı ASC ilə Cavabdeh2 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001\d saylı ipoteka müqavilələri bağlanmış və həmin ipoteka müqavilələrinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh Cavabdeh1 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil və Cavabdeh2 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və Cavabdeh2 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzillərə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və Cavabdeh2 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 27500 manat, Cavabdeh2 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin qiyməti 37500 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, həmin əmlakların qiyməti ipoteka müqaviləsində müəyyən olunmuş və cavabdehlər bu qiymətlə bağlı mübahisə yaratmamışlar. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli və Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzillərə tutma yönəldikdə və satıldıqdan sonra həmin mənzillərin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, X3 və X2 notarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən, mənzillərin evinin ipotekaya qoyulmasına razılıq vediklərini və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini könüllü boşaltmağı barədə öhdəlik götürmüşlər. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun Cavabdeh3 oğıundan tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinə tutma yönəldikdən sonra və əmlaklar satıldıqdan sonra iddiaçıya təhvil verilməsi hissəsində də iddia tələbi təmin oluna bilməz. Belə ki, həmin məsələdə icra işi ilə əlaqədar tələbdir. Yəni hərracdan əmlakların sahibi əvvəlcədən bəlli olmadan hazırkı qətnamə ilə bir başa həmin əmlakların iddiaçıya təhvil verilməsi yolverilməz haldır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilməli, Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı saylı kredit müqaviləsi üzrə 6999.56 manat əsas, 177.74 manat faiz borcu, 50 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu borcu olmaqla, cəmi 8686.92 manat "xxxx" ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və Cavabdeh2 məxsus olan Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməli, Yevlax rayon Q.Quliyev küçəsində 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 27500 (iyirmi yeddi min beş yüz) manat, Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti 37500 (otuz yeddi min beş yüz) manat müəyyən olunmalı, mənzillər açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, mənzillər satıldıqdan sonra boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30.40 manat məbləğində rüsum cavabdehlər Cavabdeh3 oğlundan, Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 80 manat məbləğində rüsum cavabdehlər Cavabdeh3 oğlundan, Cavabdeh1 və Cavabdeh2 Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh3 oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 06.02.2015-ci il tarixli 115.LN.2004.060215.00001 saylı saylı kredit müqaviləsi üzrə 6999.56 manat əsas, 177.74 manat faiz borcu, 50 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1459.62 manat faiz borcu olmaqla, cəmi 8686.92 (səkkiz min altı yüz səksən altı manat doxsan iki qəpik) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə və Cavabdeh3 mülkiyyətindəki Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin- Yevlax rayon Q.Quliyev küçəsində 01 nömrəli binada yerləşən 44.70 kv.m ümumi, 32.00 kv.m yaşayış sahəsi, 12.7. kv.m yardımçı sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 27500 (iyirmi yeddi min beş yüz) manat müəyyən edilsin. İpoteka predmetinin- Yevlax rayon Q.Quliyev küçəsində istifadədə olan 01 nömrəli binada yerləşən 56.25 kv.m ümumi, 40.33 kv.m yaşayış sahəsi, 15.92 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti 37500 (otuz yeddi min beş yüz) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. Həmin əmlaklar satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində əmlakı boşaltsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 oğlundan, Cavabdeh1 və Cavabdeh2 alınaraq ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 80 manat məbləğində rüsum cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-938/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-938/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver