Məhkəmə qərarları › İş №2(021)-939/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-939/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-939/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 mart 2006-cı il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş X3 doğum faktının müəyyən olunmasına, atası X8, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar həyat yoldaşı X8 ilə 2013-cü il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir, nikahlarını 10 avqust 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikah dövründə iki övladları anadan olmuşdur, lakin onların başı qarışıq olduğundan 13 mart 2006-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladına doğum haqqında şəhadətnamə almaq istəyirlər, onlar doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edib, orda isə onlara məhkəməyə müraciət etmək bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X** izahatında göstərdi ki, Ərizəçi əvvəlcə qeyri rəsmi, sonra isə nikahlarını rəsmi olaraq qeyd etdirib evlənmişdir. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur, lakin oğlu Fəridə haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində X9 izahatında göstərdi ki, Ərizəçi ilə qonşudur. Yeganə ilə Raminin iki uşağı var, uşaqlarından Fəridə doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində X19 qızı izahatında göstərdi ki, Ərizəçi ilə qonşu olmaqla həmkəndlidirlər, Yeganə ilə Raminin iki uşağı var, uşaqlarından Fəridə haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 09402461 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 05 yanvar 1954-cü ildə Yevlax rayonunda doğulmuş, Tərtər rayonu Köçərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 01061544 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 10 fevral 1952-ci ildə Ağdam rayonunda doğulmuş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx xxxxxxx 1978-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 01 aprel 1977-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Xanərəb kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 41 nömrəli 28 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Xanərəb kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 nömrəli 29 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X10 şəxsi tərəfindən verilmiş 436 nömrəli, 07 fevral 2022-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi 13 mart 2006-cı il tarixdə bir oğlan uşağı anadan olmuşdur, hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edildi. İş matteriallarında olan Bərdə Rayon Mərkəzi X10 Şəxsi tərəfindən verilmiş 05 fevral 2022-ci i tarixli 162 nömrəli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Xanərəb kənd sakini Ərizəçi 25 yanvarr 2004-cü il və 133 mart 2006-cı il tarixdə Bərdə rayonu Doğum evinə müraciət etməmiş, jurnalda qeydiyyata düşməmişdir. İş materiallarında olan Bərdə Rayonu Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 539 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi 13 mart 2006-cı il təvəllüdlü oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyatına götürülüb, müayinə olunub, praktiki sağlam olması təsdiq olunub. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 66-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi bir övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Bərdə rayonunda 13 mart 2006-cı ildə bir oğlan övladının doğulması, atası Pirverdiyev Ramin İsa oğlu və anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar