Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-961/2025 17.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunnunu katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvləri X13, X3, X9 və X5 Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2014-cu il 20 yanvar tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində ünvan 1 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 338 kodlu evə köçmək üçün Cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada yerləşən 37 nömrəli dövlətə məxsus olan mənzil təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq, xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramnın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafıkınə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli 3 otaqlı mənzildən ailə üzvləri ilə birlikdə çıxmaları və mənzili boşaldıraraq, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə təhvil vermələri və Laçın şəhəri, İ.Mirzəyev küçəsi, tam təmirli olan 56 nömrəli evə ailə üzvləri ilə birlikdə köçmələri barədə geniş məlumat verilmişdir. Lakın, Cavabdeh Laçın şəhəri, İ.Mirzəyev küçəsi, tam təmirli olan 56 nömrəli evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişlər. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət ProqramTnın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçməyən vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi arasında bağlanmı 2014-cü il 20 yanvar tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binanın 37 nömrəli 3 otaqlı mənzilini boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə dövlət tərəfindən verilən mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılmasını və müqavilənin ləğv edilməsini xahiş edirlər. Məcburi köçkünlərin həyat şəraitin yaxşılaşması üçün dövlət proqramı qəbul ediləndən sonra məcburi köçkünlər üçün mənzillər tikildi. Sonra torpaqlar işğaldan azad edildi və dövlət tərəfindən həmin torpaqlarda məcburi köçkünlər üçün mənzillər tikilməyə başlanıldı. Dövlət xətti ilə Laçın şəhərində vətəndaşlara ev tikilib verilmişdi. Lakin 30-a yaxın ailə evlərinə getmir. Onlar müxtəlif bəhanələr gətirir. Onlar tikintiyə nəzarət etmir, nəzarəti dövlətin xüsusi nümayəndələri edir, onlar sadəcə icraçı orqanlardır. Cavabdehlər köçəndə komitə evləri ehtiyacı olan başqalarına verəcək. Cavabdeh özü ona Laçından ev verilməsini etiraf edir. O ev təmir olunub, ora böyük xərclər çəkilib. Cavabdeh X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, vətəninə köçməkdən imtina etmir. 5 nəfər ailə üzvü var- oğlu gəlini, iki nəvəsi. Onlar həmin evə yerləşmirlər. Onun Laçında iki mərtəbəli evi olub. Yeni tikilən evdə bir mərtəbədir, kiçikdir. Həmin yerdə işıq, qaz kanalizasiya xətti yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 yanvar 2014-cü il tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzil ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bərdə rayon Mənzil–Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 1415 saylı arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün olmaqla, Cavabdeh, X13, X3, X9 və X1 rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzildə müvəqqəti məskunlaşmışdılar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin vətəndaş Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, siz və ailə üzvləriniz X13, X3, X9 və X14 ilə birlikdə xx.xx.2023-cü il tarixində Laçın şəhərində yerləşən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, dövlət tərəfindən bərpa edilən 338 kodlu evə daimi yaşayış üçün köçürüləcəksiniz. Ailənizin köçürülməsi üçün sizə 1 ədəd yük avtomobili və sərnişin avtobusu ayrılacaqdır. Sizi Laçın rayonunun Laçın şəhərinə qədər Daxili İşlər Nazirliyinin, Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət edəcəkdir. Xahiş olunur Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən sizə ailə üzvlərinizlə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamağınız üçün verilmiş dövlətə məxsus olan Bərdə rayonu, 866 ailəlik qəsəbə, bina 3, mənzil 37-i, boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə təhvil verəsiniz. İş materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin qeydiyyat sektorunun müdiri X10, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin Yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi şöbəsinin baş məsləhətçisi X11 və "xxxx" MMC-nin Mühəndis-nəzarətçisi X15 tərəfindən tərtib ediımiş təmir-bərpa olunan evlər haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan 77; 85; 118; 170; 185; 242; 338; 343; 359; 372; 378; 436; 490; 529; 579; 580; 584; 643; 667; 716; 718; 728; 748; 787; 800; 805; 814; 823; 834; 841; 842 nömrəli fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdırıldığını imzaları ilə təsdiq etmişdirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 yanvar 2014-cü il tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh (ailə üzvləri ailə üzvləri ilə birlikdə X13, X3, X9 və X14) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bərdə rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzil ilə təmin edilmiş, Laçın rayonu işğaldan azad olunandan sonra mənzil tikilmiş və cavabdehlərə təhvil verilmişdir. Cavabdehlər də Laçın rayonunda onlara mənzil verilməsini etiraf edirlər. Eyni zamanda onlar Laçın rayonuna qayıdaraq orda yaşamaq istədiklərini də bildirirlər. Lakin mənzil şəraiti onları qane etməməsi səbəbindən narazıdırlar. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara və «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı»nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin «Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyanın təmin edilməsi» üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin «Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi» üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir kiİ, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 1.4-cü bəndində qeyd edilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ) tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Qeyd edilən normaların təhlili belə nəticə gəlməyə əsas verir ki, məcburi köçkünlə xüsusi təyinatlı yaşayış sahəsinə dair bağlanmış müqavilə müvəqqəti bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti məcburi köçkünün daimi yaşayış sahəsi əldə edərək bu statusu itirdiyi günədək müəyyən edilmişdir. Mülki Məcəlləsinin 689.1-ci maddəsində müqavilənin bağlandığı müddətin bitməsi kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi əsası kimi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin 2022-2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köçürülməsi Azərbaycan Respublikaspı Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”-nda nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin hər bir məcburi köçkünə münasibətdə ayrıca qərar qəbul edilməsinin tələb edilməsi zəruri deyildir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli bina 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh və ailə üzvləri X13, X3, X9 və X1 rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli, 866/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh və ailə üzvləri X13, X3, X9 və X1 rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik Yaşayış kompleksi, 3 nömrəli binada 37 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-961/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-961/2025
17.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver