Məhkəmə qərarları › İş №2(021)-976/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-976/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-976/2021 06.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Hüseynov Surxay Hüseynalı oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin Cavabdeh qarşı Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 866 ailəlik qəsəbə, bina 12-də yerləşən 26 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Allahverdi qızının və ona məxsus əşyaların Bərdə rayonu, 866 ailəlik bina 12-də yerləşən 26 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Mıcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidnetinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan respublikası Qaçqınların və X11 üzrə Komitəsinin (bundan sonra-Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daimi nəzarətdə saxlayır. Son dvörlərdə aparılmış araşdırmalar nəticəsindən müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 28 yanvar 2014-cü il tarixli “Bina 866/12” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Ağdam rayonundan məcburi köçkün X9 qaydanın tələbinə uyğun olaraq X7 Bərdə rayonundan məcburi köçkünlər üçün inşa edilmiş 866 saylı qəsəbədə 12 nömrəli binada 26 nömrəli, 1 otaqlı mənzillə təmin edilmişdir. 23 aprel 2020-ci il tarixdə X9 vəfat etmişdir. Xüsusi təyinatlı müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil istismar departamentinin Bərdə rayonu üzrə Mənzil Komunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 26 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 26 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyriqanuni yaşaması müəyyən edildiyindən həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi dondunun yaşayış sahələrinin verilməsi Qaydasının” 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri, qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2 məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindənən onlarla bağlanmış kirayə müqvciləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidrlər. Bu şərtlərə əməl edilməməsi bu qaydaının 3.3-3.7-ci bəndinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3 Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəlləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgə yaşayış qaydasına əməl etməlidirlər. 3.5 Məcburi köçkünlər onların müvəqqəti istifadəsində verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6 Məcburi köçkün ailəsi müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyunluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7 Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərəsə, Komitəsinin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olara ev boşaldılaraq Komitəsinin rəhbərliyi ilə razılaşmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh Allahverdi qızı bildirdi ki, iddianı qəbul etmir, ailəlikcə Şuşa rayonundan məcburi köçkündür, mərhum Gültəkin Paşayevanın ayaqları ambutasiya olunmuşdur, ona qulluq etmişdir, həmçinin 7000 manat pul veribdir. Gültəkin Paşayeva isə ona qulluq etdiyindən, özü öz razılığı ilə yaşadığı evdə onun da yaşamasına icazə vermişdir. Mərhum bu barədə səlaihiyyətli orqanlara notarial qaydada təsdiqlənmiş ərizədə ünvanlamışdır. Buna görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE 00059522 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 qızı 10 noyabr 1949-cu ildə Ağdam şəhərində anadan olmuşdur. Ağdam şəhəri, M.Abbasov küçəsi ev 13-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru rəisi X12 ilə X14 qızı arasında 28 yanvar 2014-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 085981 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X9 23 aprel 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən müəyyən olunur ki, 08 yanvar 2021-ci il tarixli Bərdə rayon MKİ-n tərəfindən Cavabdeh Allahverdi qızının Bərdə rayonu 866 yerlik bina 12, mənzil 26-da qeydiyyatda olmuş Paşayeva Gültəkin Paşa qızının vəfatından sonra zəbt etdiyi həmin məzildən beş iş günü müddətində boşaltmağı tələb olunur. İş materiallarına əlavə edilmiş 19 yanavr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, 08 yanvar 2021-ci il tarixli Bərdə rayon MKİ-n tərəfindən Cavabdeh Allahverdi qızının ünvan 1-da qeydiyyatda olmuş Paşayeva Gültəkin Paşa qızının vəfatından sonra zəbt etdiyi mənzili boaşltması barədə xəbərdar edilsədə, həmin mənzili tərk etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 12/26 köçürülmə vərəqəsindən müəyyən olunur ki, X10 və anası X1 rayonu 866 yerlik bina 12, mənzil 26 ünvanına köçürülmüşlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru rəisi X12 ilə X14 qızı arasında 28 yanvar 2014-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. X9 23 aprel 2020-ci ildə ölmüşdür. Cavabdeh qanunsuz olaraq həmin mənzili zəbt edərək, hər hansısa bir qanuni əsas olmadan orada yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı qanunveriliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 98.1-ci maddəsinin rələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Sadalanan qanunvericilik normalarına əsasən, cavabdehlə mübahisəli mənzilə görə order verilməmişdir. Bununla da həmin mənzilə onun sahiblik hüququ yaranmamışdır. Qanunvericiliyə müvafiq olaraq Cavabdeh Allahverdi qızı ona məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı ona məxsus əşyaları ilə birlikdə Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 12-də yerləşən, 26 nömrəli mənzildən çıxarılmalı, mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı ona məxsus əşyaları ilə birlikdə Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 12-də yerləşən, 26 nömrəli mənzildən çıxarılmalı, mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar