Məhkəmə qərarları › İş №2(021)-977/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-977/2022

15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-977/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Ərizəçi Bərdə rayonu Xanərəb kəndində yaşayan Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 25 yanvar 2004-cü il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olması, atası X3, anası X2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinə əsasən ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi ərizəsinə Bərdə rayon Qeydiyyat şöbəsinin 10 fevral 2022-ci il tarixli maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məktub əlavə etsə də, qeyd olunan məktubdan müəyyən olunur ki, Bərdə rayon Qeydiyyat şöbəsi ərizəçinin deyil X1 müraciətinə cavab vermişdir. Göründüyü ki, ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrin tələblərinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pritenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar