Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-979/2021 27.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı qızının, Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı qızının Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, Əliyeva Marat Əkbər qızına, X7, Əliyeva Kəmalə İstanbul qızına, X11 və Əlibəyova İradə Mərkəz qızına qarşı “evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “evə köçmə” tələbinə dair iddia qaldıraraq, Cavabdeh və Maraqlı şəxs paylı mülkiyyətində olan Bərdə şəhəri Vaqif küçəsində yerləşən 3\5 nömrəli fərdi yaşayış evinə köçürülməyinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum qaynı X12 həyat yoldaşıdır. O, Maraqlı şəxs ilə 12.08.1969-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları anadan olmuş və onların hər ikisi yetkinlik yaşına çatmışdır. Hazırda yaşadığı evdə 7 nəfərlik ailə üzvləri ilə birlikdə yaşayırlar. Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs və X8 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması qət olunmuş, Cavabdeh isə qarşılıqlı iddia verərək ilk iddianın rədd olunmasını, Bərdə şəhəri, Vaqif küçəsi 5 ünvanda yerləşən evə mərhum əri X17 tərəfindən faktiki olaraq qəbul olunmuş miras əmlaka (evə və torpağa) hüquqi varis kimi mülkiyyət hüququnun tanınması, cavabdeh Maraqlı şəxs kompensasiya verilməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 856\2015 14.05.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4271\2015 saylı 05.10.2015-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 856\2015 14.05.2015-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi qərarar alınmışdır. Bundan sonra cavabdeh Cavabdeh Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsində qeyd edilmiş iddiaçıların evin 2 otağından hansına köçürülməli olduğu barədə qətnaməyə izah verilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 8(021)648\2015 saylı 30.11.2015-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilərək göstərilmişdir ki, Maraqlı şəxs, X27 oğlunun və Cavabdeh qarşılıqlı razılaşmalarına uyğun müəyyən edilməli, belə razılaşma olmadıqda isə onlar Cavabdeh qızının yaşayış üçün istifadə etmədiyi otağa köçürülməlidirlər. İş üzrə Bərdə rayon Məhkəməsinin 30.11.2015-ci il tarixli 8(021)648\2015 saylı və 08.12.2015-ci il tarixli 8(021)648\2015 saylı qərardadlarının ləğv edilməsi, Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsinə aşağıdadkə formada izah verilməsi, iddiaçılar Maraqlı şəxs, X27 oğlunun Cavabdeh məxsus Bərdə şəhər Vaqif küçəsi 3\5 saylı evə kğçürülmələri dedikdə, həmin şəxslərin evin hər yerindən istifadə hüquqlarının nəzərdə tutulması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd etmişdir ki, həmin ev 1946-cı ildə inşa edilmişdir və həyat yoldaşı Maraqlı şəxs ata mülküdür. Həyat yoldaşı yaşlı adamdır , onun yaşını və səhhətini nəzərə alınsa həyat yoldaşının həmin evdə tək yaşaması qeyri-mümkündür. Həmçinin hazırda yaşadıqları evdə öz övladları və nəvələri yaşadığından darısqaldır. Buna görə də həyat yoldaşı ilə birlikdə köçüb Bərdə şəhəri Vaqif küçəsi 3\5 saylı evdə yaşamaq istəyir. Lakin Cavabdeh buna imkan vermir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızı dəqiqləşmə barədə ərizə verərək, yalnız Bərdə şəhəri Vaqif küçəsində yerləşən 3\5 nömrəli fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizısinə uyğun izahat verərərk, iddia tələbinin təmin olumasını xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs məhkəmədə bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır, onun həmin mənzilə mülkiyyət hüququ var, onun evə köçməsinə etiraz etmir və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxslər Əliyeva Marat Əkbər qızına, X7, Əliyeva Kəmalə İstanbul qızına, X11 və Əlibəyova İradə Mərkəz qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı iolmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 796 nömrəli 28.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 10 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş AG № 141574 saylı Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs oğlu ilə X9 12.08.1969-cu il tarixdə 89 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4271\2015 saylı 05.10.2015-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs və X15 Cavabdeh qarşı iddia qaldıraraq həmin evə köçürülmələrini və həyətyanı torpaq sahəsindən birgə istifadə qaydasının müəyyən edilməsini , Cavabdeh isə qarşılıqlı iddia verərək ilk iddianın rədd olunmasını, Bərdə şəhəri, Vaqif küçəsi 5 ünvanda yerləşən evə mərhum əri X17 tərəfindən faktiki olaraq qəbul olunmuş miras əmlaka (evə və torpağa) hüquqi varis kimi mülkiyyət hüququnun tanınması, cavabdeh Maraqlı şəxs kompensasiya verilməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, iddiaçılar Maraqlı şəxs və X8 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasının isə təmin edilməməsi qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 285\2014 21.08.2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunaraq Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar Maraqlı şəxs və X15 Cavabdeh qarşı iddia qaldıraraq həmin evə köçürülmələrini və həyətyanı torpaq sahəsindən birgə istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbləri təmin olunmamış, Cavabdeh qarşılıqlı iddiası qismən təmin olunmuş, Maraqlı şəxs oğluna Bərəd şəhər 5 saylı ünvanda yerləşən evində olan 1\12 hissəsinə uyğun olaraq 1.083 manat kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)250\2015 saylı 27.01.2015-ci il tarixli qərarı ilə Maraqlı şəxs və X15 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 285\2014 21.08.2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 285\2014 21.08.2014-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 856\2015 14.05.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunmamış, Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4271\2015 saylı 05.10.2015-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 856\2015 14.05.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1074\2020 saylı 18.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Maraqlı şəxs, X6 hüquqi varisləri-cavabdehlər X4, X11, digər cavabdeh X2 hüquqi varisləri-cavabdehlər Əliyeva Marat Əkbər qızına və X7 qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1074\2020 saylı 18.09.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayon M.P.Vaqif küçəsi 5 ünvanında yerləşən 0.0106 ha torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh (8/12 hissə), Maraqlı şəxs (1/12 hissə), X6(1/12 hissə), X3 (1/12 hissə) və X5 (1/12 hissə) birgə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş ərizədən görünür ki, Maraqlı şəxs arvadı İddiaçı həmin evə köçürülməsinə etirazı yoxdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsi MK-nın 05 yanvar 2016-cı il tarixli qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bərdə rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli 648/15 saylı və 08 dekabr 2015-ci il tarixli 648/15 saylı qərardadları ləğv olunmuş, Bərdə rayon Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli 1560 saylı qətnaməsinə aşağıdakı formada izah verilmiş: İddiaçılar ƏvəzƏliyev və Yusif Əliyevin Cavabdeh məxsus Bərdə şəhəri, Vaqif küçəsi 3/5 saylı evə köçmələri dedikdə, həmin evin hər yerindən istifadə hüquqları nəzərdə tutulur. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Maraqlı şəxs 1969-cu ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. İddiaçının iddia etdiyi Bərdə rayon M.P.Vaqif küçəsi 3\5 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən 0.0106 ha torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh (8/12 hissə), Maraqlı şəxs (1/12 hissə), X6(1/12 hissə), X3 (1/12 hissə) və X5 (1/12 hissə) birgə mülkiyyətindədir. Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs və X8 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması qət olunmuşdur. Hazırda İddiaçı da həmin evə köçürülməsini tələb edir. Maraqlı şəxs arvadı İddiaçı həmin evə köçürülməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə qeyd edir ki, mənzilin mülkiyyətçilərindən olan Maraqlı şəxs öz həyat yoldaşı olan İddiaçı mənzilə köçməsinə etirazı olmadığından, eləcədə onun həmin mənzilin hər yerindən istifadə hüququnun olması Gəncə Apellyasiya məhkəməsinin qərardadı ilə müəyyən olunduğundan iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı qızının Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs, Əliyeva Marat Əkbər qızına, X7, Əliyeva Kəmalə İstanbul qızına, X11 və Əlibəyova İradə Mərkəz qızına qarşı “evə köçmə” tələbinə dair iddiası təmin olunsun. İddiaçı Bərdə şəhəri Vaqif küçəsində yerləşən 3\5 nömrəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat məbləğində rüsumu Cavabdehdan alınaraq İddiaçı qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-979/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-979/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver