Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-979/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan evdən cavabdehin çıxarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmasına və cavabdehin hərəkətləri nəticəsində 4860 manat əldən çıxmış faydanın və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaxın qohumu Niyaməddin Məmmədov işi ilə əlaqədar Rusiya Federasiyanın Moskva şəhərində yaşayır. İş üzrə Cavabdeh həmin şəhərdə olduğu müddətdə Niyaməddindən yüksək məbləğdə pul borc etmişdir. Həmin pulu qısa zamanda ödədiyini dəfələrlə desə də bu hal öz əksini tapmamışdır. Beləliklə bu söhbət 2020-ci ilin əvvəllərinə kimi davam etmişdir. Sonda hər ikisi öz aralığında razılığa gəlmiş və cavabdeh həmin pulun əvəzində öz şəxsi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini notarial qaydada alqı-satqı yolu ilə mənim adına keçirmişdir. Əlavə olaraq belə razılaşmışlar ki, alqı-satqı edilməsinə baxmayaraq o, əgər 3 ay ərzində borclu olduğu pulu tam məbləğdə ödəyərsə mülk özünə qaytarılacaq, ödəmədiyi halda isə evi boşaldaraq təhvil verəcəkdir. Sözügedən 3 ay vaxt 2020-ci ilin iyun ayında bitmişdir və həmin vaxtdan bu günə kimi cavabdeh bu gün-sabah edə-edə evdən çıxmır. Evi alqı-satqı edən zaman belə qərara gəlmişdi ki, ev qaytarılmasa mövcud olan bazar qiymətinə uyğun olaraq evi kiməsə kirayəyə veriləcək. Ev 170-190 manata icarəyə verilə bilərdi. Lakin cavabdeh razılaşmanı pozduğundan o, 4860 manat əldən çıxmış faydadan olmuşdur. Belə olan halda orta hesabla, yani 180 manatla hesablansa xx.xx.2020-ci ildən hazırki tarixə kimi 44860 manat edir. (27 (ay) X 180 (manat) =4860) Dəfələrlə cavabdehdən evdən çıxaması tələb edilsədə cavabdeh evdən çıxmamışdır. Cavabdehin evdən çıxması ilə əlaqədar dəfələrlə telefon vasitəsi ilə danışıqlar aparılmış, nəticə olmadığından onun əsəblərinin pozulmasına, həyacan və narahatçılıq keçirməyinə səbəb olmuşdur. Bunun nəticəsində də dəfələrlə həkimlərdən müalicələr almışdır. Bu da müəyyən qədər xərclə yanaşı səhhətinin zədələnməsi deməkdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbinin azaldılması barədə ərizə verərək, əldən çıxmış fayda tələbindən imtina etdiyini, Cavabdeh onun mülkiyyətində olan evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin cavabdeh X7 məhkəməyə iddia tələbinə münasibətdə öz etirazını göndərmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE№ 04645399 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-ci il tarixdə Ağcabədi rayon Salmanbəyli kəndində anada olmuşdur. Ağcabədi rayon Aşağı-Avşar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 155 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, Əliyev X11 rayon Aşağı-Avşar kəndində yaşayır. Mülki işə əlavə olunmuş AN-İ №0379668 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X10 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında 0.05 ha olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evini həyətyanı tikililəri ilə birlikdə 23700 (iyirmi üç min yeddi yüz) manata alıcı X5 satmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli RX Seriyalı №0266465 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş AN-İ №0844805 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X7 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı İddiaçı satmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********11-10301, inventar nömrəsi 9098 olan Texinki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.60 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş materiallardan görünür ki, məhkəmə tərəfindən əmlak haqqında məlumatın təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, X3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ilə X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi eyni fərdi yaşayış evidir. O cümlədən daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 kimi qeyd olunmuş və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsilə ünvan 8 ünvan adlandırılmışdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, AN-İ №0844805 nömrəli xx.xx.2020ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X7 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən hazırda ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.60 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh X7 İddiaçı məxsus daşınmaz əmlakdan qanunsuz olaraq istifadə edir və bu iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi İddiaçı mülkiyyətində olduğundan, cavabdeh X7 həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh X7 onun mülkiyyətində olan yaşayış evindən çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı He İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan evdən cavabdehin çıxarılması” tələbinə dair iddia təmin edilsin. Cavabdeh X7 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-979/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-979/2023
12.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver