Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-981/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi Qəhrəmanov Muradxan Qəhrəman oğlunun qızı Məhərrəmova Aygün Muradxan qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Qəhrəmanov Muradxan Qəhrəman oğlu məhkəməyə ərizə ilə müraciət edərək qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qəhrəmanov Muradxan Qəhrəman oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 26 dekabr 1984-cü il təvəllüdlü qızı X9 uzun müddətdir ki, “şezofreniya paranoid fasiləsiz gedişi” xəstəliyindən əziyyət çəkir. X17 özünü müstəqil idarə edə bilmir, öz hərəkətlərinin mənasını anlamır, daima yardıma və nəzarətə ehtiyacı vardır, bu səbəbdən də hesab edir ki, onun fəaliyyət qabliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir. O istəyir ki, qızı X5 “Fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə dair qətnamə çıxarılsın. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişfir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qəhrımanov Muradxan Qəhrəman oğlu xx xxxxxx 1957-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində doğlmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məhərrəmova Aygün Muradxan qızı 26 dekabr 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs Başçısının Mollali kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 76 nömrəli, 02 fevral 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Məhərrəmova Aygün Muradxan qızı Bərdə rayonu, Mollalı kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-8/2010 saylı, 16 fevral 2010-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 16 fevral 2003-cü il təvəllüdlü Nigar və 19 aprel 2004-cü il təvəllüdlü İbrahim cavabdehlər Məhərrəmova Aygün Muradxan qızından və onun valdeyinləri Qəhrəmanova Şəhla Musa qızından, Qəhrəmanov Muradxan Qəhrəman oğlundan alınaraq iddiaçı Məhərrəmov Məhərrəm Nəriman oğlunun himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 170 nömrəli, 02 fevral 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X2 şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatdındadır. Ona X15, fasiləsiz gedişi diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İ 330711 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müyyən olunur ki, Məhərrəmov Məhərrəm Nəriman oğlu ilə Məhərrəmova Aygün Muradxan qızı qarasında olan nikah 02 oktyabr 2019-cu il tarixli, 23 nömrəli qeydlə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X11 Məhkəmə Psixatrik Ekspertizasının 28 sentyabr 2009-cu il tarixli 724 nömrəli rəyinin surətindən müəyyən olunur ki, X8 X15 Natamam Remissiya vəziyyəti formasında xroniki əxstəlik müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışın surətindən müəyyən olunur ki, X9 X15, fasiləsiz gedişi diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Ağdam Ruhi Əsəb Dispanserinin xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışın surətindən müəyyən olunur ki, Məhərrəmova Aygün Muradxan qızı şisofreniya paranoid forma tpi variantı diaqnozu ilə xəstədir, əhval ruhiyyəsi aşağıdır, mütamadi müalicə məsləhət görülmüşdür. Bərdə Rayon Məhkəməsinin 2(021)-981/2018 saylı 04 mart 2021-ci il tarixli qərardadına əsasən Ərizəçi oğlun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 906 saylı 27 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Məhərrəmova Aygün Muradxan qızında “X15” (20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar-psixiatrdan müalicə alması, dəfələrlə psixatrik stasionarda müalicə olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, zahirən narahat olması, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə formal daxil olması, verilən suallara qısa cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, eşitmə halüsinasiyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu və sa sübut edir. Məhərrəmova Aygün Muradxan qızının fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X5 səhhəti onun məhkəmə iclasında iştiraklarını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi Qəhrəman oğlunun Məhərrəmova Aygün Muradxan qızının fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi Qəhrəmanov Muradxan Qəhrəman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab etməyə dair ərizə təmin edilsin. Ərizəçi qızı Məhərrəmova Aygün Muradxan qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-981/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-981/2021
22.06.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver