Məhkəmə qərarları › İş №2(021)-988/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-988/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-988/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan İddiaçı müqavilənin ləğvi və ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 10.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmin müqavilə əsasında cavabdehin Bərdə satış filialından 10.06.2021-ci il tarixdə aldığı Samsung A525 Black 2** GB ***550801977 139 seriyalı mobil telefona görə ödədiyi 399 manat pulun və hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 152.1.3cü maddələrinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbini “müqavilənin ləğv edilməsi və istehlakçı hüquqlarının pozulmasından vurulmuş maddi ziyanın ödənilməsi” kimi qeyd etsə də, iddia tələbindən müəyyən edilir ki, tələb iddiaçı ilə cavabdeh arasında olan nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və aldığı mala görə ödədiyi pulun alınmasıdır. Göründüyü kimi iddia tələbi istehlakçıların hüquqlarının pozulması deyil, nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun qaytarılması tələbi ilə bağlıdır. Ona görə də iddiaçı qeyd olunan tələblə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/9-da qeydiyyatda olduğundan, iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən İddiaçı müqavilənin ləğvi və ziyan tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı müqavilənin ləğvi və ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar