Məhkəmə qərarları › İş №2(021)-99/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-99/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-99/2024 09.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarma və dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən, xüsusi mülkiyyətində olan 0.05 ha həyətyani torpaq sahəsinin 0.02 ha qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülərək Cavabdeh çıxarılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırımışdır ki, xx.xx.1969-cu il təvəllüdlüdür, ailəlidir, 3 övladı vardır, Bərdə rayon Qaradırnaq kənd sakinidir. ünvan 1ində xüsusi mülkiyyətində 0.05 ha həyətyani torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə ƏMDX daşınmaz əmlakın dövlət kadastrı və reyesti publik hüquqi şəxs tərəfindən verilmiş, reyest nömrəsi **********76, qeydiyyat nömrəsi ********** olan torpaq mülkiyyətə verilməsi barədə çıxarış da almışdır. Qeyd edilən torpaq sahəsinini 0.02 ha 6 ay olar ki, Şorəlli kənd sakini Cavabdeh zəbt etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Bu barədə cavabdehə dəfələrlə irad tutulsa da, heç bir nəticəsi olmamışdır. Cavabdehin torpaq sahəsindən çıxarılaraq ona qaytarılmasına ehtiyacı vardır. Ona görə məhkəmədən ünvan 1ində yerləşən, xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinini 0.02 ha qanunsuz tikilmiş fərdi yaşayış evinini sökülərək Cavabdeh çıxarılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə verərək iddia tələbində qeyd olunanlara əlavə edərək, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə dəqiqləşmə vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə Cavabdeh rəsmi və lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: ********** saylı mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Azərbaycan Respublikası DİN Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il tarixli Cavabdeh xx.xx.2012-ci il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. ƏMDK Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, İddiaçı ünvan 1ində torpaq sahəsi xüsusi mülkiyyətində 0.05 ha kənd təsərrüfat təyinatlı torpaqlar, **********76 reyestr nömrəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli kitabın 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli A 927567 nömrəli torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən görünür, torpaq sahəsinin kadastr ölçüləri göstərilmişdir. xx.xx.2023-cü il tarixli 2(021)-1512/2023 saylı Bərdə rayon məhkəməsinin qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 7 saylı Bərdə ərazi idarəsinini mütəxəssis rəyinin cavablar hissəsindən görünür ki, TEKUİS məlumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla - İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin bir hissəsi cavabdeh Alıyev llham Tapdıq oglu tərəfindən istifadə olunur, TEKUİS molurnat bazasına asasan ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin 0,0190 ha hissəsi cavabdeh Allyev llham Tapdıq oglu tərəfindən istifadə olunur, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı qlzlnln mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin üzərində 0.0049 ha ölçüdə cavabdeh Allyev llham Tapdlq odlu tərəfindən mişar daşdan bir mərtəbəli fərdi yaşayış evi tikilmişdir. xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDR xidmətinin BƏİ-nin xx.xx.2010-cu il tarixli 3590 saylı arayışına və seriya MA ******* saylı dövlət reyestrindən çıxarışına əsasən Bərdə rayon Şorəlli kəndində yerləşən 1.35 ha torpaq sahəsindən Cavabdeh 0.287 ha hissindən 0.20 ha hissəsi alıcı İddiaçı mülkiyyətinə verilir. 0.087 ha hissəsi isə Cavabdeh payından 1.15 ha hissəsi isə digər mülkiyyətçilərin payından qalır. xx.xx.2024-cü il tarixli 2(021)-99/2024 saylı mülki iş üzrə ekspert rəyinin nəticə hissəsindəndən görünür ki, TEKUİS məlumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla - İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin bir hissəsi cavabdeh Alıyev llham Tapdıq oglu tərəfindən istifadə olunur, TEKUİS məlumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla - İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin bir hissəsi cavabdeh Allyev llham Tapdıq oglu taərəfindən istifadə olunur, TEKUİS məlumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin 0,0190 ha hissəsi cavabdeh Allyev llham Tapdıq oğlu tərəfindən istifadə olunur, ********** qeydiyyat nömrəıli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin üzərində 0.0046 ha ölçüdə cavabdeh X3 tərəfindən mişar daşdan bir mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. İddia tələbi ilə bağlı məhkəmə onu bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən əldə edilmiş sübutları tədqiq edərək onlara obyektiv hüquqi qiymət verildikdə iddianın qismən təmin edilməli olması qənaətinə gəlinir. Belə ki, iddiaçının cavabdehdən çıxmasını tələb etdiyi ünvan 1ində yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mötəbər sübutlarla müəyyən olunur ki, həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə olunmaqla qanunsuz tikili də inşa olunmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən mütəxəssis və ekspert rəylərini rəhbər tutmuşdur. Göstərilən səbəbdən iddia qismən təmin olunmalıdır. Belə ki, MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə müvafiq rəylərlə tam razılaşaraq qeyd edir ki, ilk növbədə həmin rəy Xidmətin mütəxəssisi tərəfindən tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilərək və aparılmış araşdırma nəticəsində hazırlanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsəd və mənafelərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat iddiaçı tərəfindən tələb edilmədiyindən həmin ödəniş iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

1. İddia qismən təmin edilsin.

2. İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinin 0,0190 ha hissəsindən mütəxəssis rəyinə əlavə edilmiş sxematik-plana uyğun olaraq Cavabdeh çıxarılsın və 0,05 ha torpaq sahəsində mişar daşından inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evi cavabdehin hesabına sökülsün.

3. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə ödənilsin.

4. İş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat ödəniş iddiaçıya aid edilsin.

5. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin.

6. İddia qalan hissədə təmin edilməsin.

7. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar