Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-10/2023 30.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh iştirakları ilə, İddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X3 və İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar şəhəri Təyyarə meydanı adlanan yaşayış massivində yerləşən **********67 saylı Çıxarışa əsasən onların hər birinin 0,0125 ha olmaqla, cəmi 0,0250 hektar həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları ilə anaları 1989-cu ildən 2019-cu ilə kimi rəsmi nikahda olmaqla ər-arvad olaraq birgə yaşamışlar. 2019-cu ildə məhkəmə qətnaməsinə əsasən onlar boşanmışlar. Onların ailələrinin ümumi mülkiyyətində 0,05 hektar həyətyanı torpaq sahəsi vardır. Biləsuvar rayon məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən ümumi mülkiyyətdəki həyətyanı torpaq sahəsindən hər birininn payı müəyyən edilmişdir. Belə ki, məhkəmə qətnaməsinə əsasən hər birinin payı 0,0125 hektar müəyyən edilmişdir. Onlar ikisi də yetkinlik yaşına çatmaqla kifayət qədər yaşları vardır. Hazırda ümumi mülkiyytlərində olan həyətyanı torpaq sahəsində müvafiq iş görmək istəyirlər. Lakin cavabdeh buna imkan vermir. Ona görə də ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı X3 izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı v ə yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, ona görə də tələbin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan X2 adına verilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhərində 0,05 ha torpaq sahəsi (**********67 reyestr nömrəli) X3, X3, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 2(022)-806/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, X2 və İddiaçı hər birinin Biləsuvar şəhərində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-1766A saylı (kod ********) şəhadətnamə əsasında Cavabdeh, İddiaçı, X2 və X2 mülkiyyətinə verilmiş 0,05 hektar torpaq sahəsinin ¼ hissəsinə, yəni həmin torpaq sahəsinin 0,0125 hektar ölçüdə hissəsinə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 və 2-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7670 nömrəli rəyində mütəxəssis rəyinə əlavə edilmiş Plana əsasən mübahisəli torpaq sahəsinin 0,07 ha təşkil etdiyi və **********67 reyestr nömrəli çıxarışla tərəflərin paylı mülkiyyətində olan 0,05 ha sahənin həmin 0,07 ha sahənin hansı hissəsində yerləşməsinin göstərilmədiyini nəzərə alaraq, **********67 reyestr nömrəli çıxarışda qeyd olunan Cavabdeh ¼ hissədə, İddiaçı ¼ hissədə, X2 ¼ hissədə və X2 ¼ hissədə payları müəyyən edilmiş Biləsuvar şəhərində yerləşən ümumi mülkiyyətdə olan 0,05 hektar torpaq sahəsinin naturada ayrılması və həmin torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun olaraq təcrid olunmuş şəkildə bölgüsünün mümkün olub-olmaması barədə tədqiqat aparmağın mümkün olmadığı, **********67 reyestr nömrəli çıxarışla tərəflərin paylı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun olaraq təcrid olunmuş şəkildə bölgüsünün mümkün olubolmaması barədə tədqiqat aparmağın mümkün olacağı göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar şəhəri Təyyarə meydanı adlanan yaşayış massivində yerləşən **********67 saylı Çıxarışa əsasən İddiaçı və X2 hər birinin 0,0125 olmaqla, cəmi 0,0250 hektar həyətyanı torpaq sahəsindən Plana əsasən mübahisəli torpaq sahəsinin 0,07 ha təşkil etdiyi və **********67 reyestr nömrəli çıxarışla tərəflərin paylı mülkiyyətində olan 0,05 ha sahənin həmin 0,07 ha sahənin hansı hissəsində yerləşməsinin göstərilmədiyini nəzərə alaraq, iddiaçılar İddiaçı və X2 paylarına uyğun naturada ayrılması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən iddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özlərinə aid edilməlidir. Habelə, iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti iddiaçılar X1 və İddiaçı müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti iddiaçılar X1 və İddiaçı müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-10/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-10/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver