Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1013/2025 12.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçimenecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və 815,50 (səkkiz yüz on beş manat, 50 qəpik) manat qalıq əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçimenecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və 815,50 (səkkiz yüz on beş manat, 50 qəpik) manat qalıq əmək haqqının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. Biləsuvar rayonunun və respublikanın digər bir neçə rayonunda müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrlərdə rəhbərlik tərəfindən fəxri fərmanlar və təşəkkürlər almış, dövlət qarşısında xidmətləri nəzərə alınmış və ona əmək veteranı adı verilmişdir. Hal-hazırda əmək veteranı və təqaüdçüdir. O, 2025-ci ilin fevra ayı da daxil olmaqla Biləsuvar rayonu X6 bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləmişdir. Bələdiyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və məsələlərin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13a nömrəli sərəncsmı ilə Biləsuvar rayonu X6 bələdiyəsi ilə Əsgərabad bələdiysi birləşmiş və bundan sonra Əsgərabad bələdiyyəsi adlandırılmışdır. 20 fevral 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamış, Mirəşrəf Mirsultanov yenidən Əsgərabad bələdiyyəsinin sədri seçilmişdir. Əsgərabad bələdiyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. O, Əsgərabad bələdiyəsində işinə bərpa olunmaq üçün Mirəşrəf Misultanova şifahi müraciət etmişdir. M.Mirsultanov onun şifahi müraciətini rədd etmişdir. Bundan sonra o, hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova, Bələdiyyələrlə İş Baş idarəsinin rəisi cənab Elmin Həsənova və İmişli Regional Ədliyyə idarəsinin rəisi cənab İsgəndər Orucova rəsmi müraciət etmişdir. Daha sonra o, qanunauyğun olaraq 25 fevral 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsində əvvəllər işlədiyi məsləhətçi-menecment və ya ona bərabər digər işə qəbul olunmaq istəyi barədə onunla əmək müqaviləsi bağlamaq üçün Əsgərabad bələdiyyəsinin sədri Mirəşrəf Mirsultanova rəsmi olaraq ərizə ilə müraciət etmişdir. 06 mart 2025-ci il tarixdə Mirəşrəf Mirsultanov müraciətinə cavab olaraq rəsmi şəkildə bildirmişdir ki birləşmiş bələdiyyələr arasında təhvil-təslim işləri aparıldıqdan sonra onun ərizəsinə mahiyyəti üzrə baxıla bilər. Təhvil-təslim işləri M.Mirsultanov tərəfindən süni şəkildə gecikdirildiyindən o, işə bərpa ilə əlaqədar 11 aprel 2025-ci il tarixdə yenidən M.Mirsultanova rəsmi müraciət etmişdir. M.Mirsultanov yenidən eyni məzmunlu məktubla onun müraciətini cavablandırmışdır. Nəhayət 21 aprel 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyəsi arasında təhvil-təlim işləri tam başa çatmışdır. İşə bərpa ilə bağlı etdiyi müraciətlər M.Mirsultanov tərəfindən baxılmadığından o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci madəsinə əsasən mübahisənin Mediasiya yolu ilə həll edilməsi məqsədi ilə işə bərpa tələbi əsasında Lənkəran 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Əsgərabad bələdiyyəsinin sədri X3 25 aprel 2025-ci il tarixdə təklif göndərmişdir. Həmin vaxtdan 10 (on) iş günü keçməsinə baxmayaraq M.Mirsultanov işə bərpa barədə Mediasiya vasitəsi ilə etdyi təklifə öz münasibətini bildirməmişdir. Göründüyü kimi Əsgərabad bələdiyəsi keçmiş Aşağı Cürəli- Muğan bələdiyyəsinin hüquqi varisidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq o, Əsgərabad bələdiyyəsində əvvəllər tutduğu vəzifədə və yaxud ona bərabər digər vəzifədə işləyərək, əmək fəaliyyətini davam etdirməlidir. O, eyni zamanda əmək veteranıdır. Onun işə bərpa olunması və keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsi tərəfindən ödənilməmiş qalıq 815,50 (səkkiz yüz on beş manat 50 qəpik) manat əmək haqqımın ödənilməsi Əsgərabad bələdiyyəsinin səlahiyyətindədir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavbdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: …152.1.7. bir və ya bir-neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7- maddəsinin tələbini nəzərə almadan iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə, yəni işə bərpa və eyni zamanda bələdiyyə tərəfindən ödənilməmiş 815,50 manat əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı ərizəsində Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçi-menecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması tələbini irəli sürməsinə baxmayaraq cavabdeh olaraq Əsgərabad bələdiyyəsini deyil, həmin bələdiyyənin sədri X2 göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Biləsuvar rayonu Əsgərabad bələdiyyəsinin sədri X1 qarşı Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçi-menecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və 815,50 (səkkiz yüz on beş manat, 50 qəpik) manat qalıq əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(022)-1013/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1013/2025
12.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver