Məhkəmə qərarları › İş №2(022)-103/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-103/2025

11.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-103/2025 11.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sərhəd mərzlərinin bərpa edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sərhəd mərzlərinin bərpa edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə 30 yanvar 2025-ci il və 11 fevral 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş və iddia ərizəsində qeyd olunan ünvanlara bildiriş göndərilməsinə baxmayaraq, gəlməmələrinin səbəbini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 260.1-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının: 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Göstərilərə əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalı, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, 25 oktyabr 2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə, 14221104 nömrəli büdcə təsnifat koduna, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən iddiaçı X2 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 269, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sərhəd mərzlərinin bərpa edilməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli iddiaçı X2 geri qaytarılsın. İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinə 25 oktyabr 2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə, 14221104 nömrəli büdcə təsnifat koduna, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən iddiaçı X2 qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar