Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-11/2023 07.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə ailə üzvlərinin əldə olunmuş 0,29 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının naturada ayrılıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayonu Amankənd kəndində yaşayır. 1995-ci il tarixdə Dəvrişli kəndinə gəlin köçərək bir müddət orada yaşamış və üç övladı olmuşdur. Cavabdehlə birgə nikah dövründə Biləsuvar Rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 29 saylı qərarına əsasən ona, qızı Ayselə və cavabdehə 0,29 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, pay torpağının müəyyən edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(022)- 397/2021 saylı qətnaməsinə əsasən onların torpaq payı müəyyən edilməklə onların xeyrinə qərar verilmişdir. O, ailə üzvləri ilə birlikdə özlərinin paylarının müəyyən edilməsi hissəsini cavabdehdən ayırmaq istəsələr də, bu mümkün olmamışdır. Cavabdehlə ayrıldıqlarından o, həmin torpaq sahəsinə dair hüquqlarından istifadə edə bilmir. Ona görə də, hesab edir ki, qeyd olunan əmlakdan ümumi mülkiyyətlərində olan payı məhkəmə qaydasında müəyyən edilsə də, ümumi razılığa gələ bilmirlər. Ona görə də, cavabdehlə ümumi razılığa gələ bilmədiklərindən paylarının məhkəmə qaydasında ayrılmasını məqsədə müvafiq hesab edir. Sonda İddiaçı1 Cavabdeh ilə birgə ailə üzvlərinin əldə olunmuş 0,29 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının naturada ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 05 may 2021-ci il tarixli 2(022)-397/2021 saylı Qətnaməsinin surətindən görünür ki, iddiaçılar paylarınıın müəyyən edilməsi ilə bağlı Biləsuvar rayon məhkəməsinə müraciət etrmiş və məhkəmə tərəfindən iddia tələbi təmin edilərək Biləsuvar rayonu Dərvişi kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-258 A KOD ********) Dövlət Aktına əsasən Cavabdeh, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətlərinə verilmiş 0,29 hektar həyətyanı torpaq sahəsinin 1\3 hissəsinə, yəni həmin torpaq sahəsinin 0,09666 hektar ölçüdə hissəsinə İddiaçı1nin, digər 1\3 hissəsinə, yəni həmin torpaq sahəsinin 0,09666 hektar ölçüdə hissəsinə İddiaçı2 payları müəyyən edilmişdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu, Amankənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Amankənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 605 saylı arayışından görünür ki, Əliyeva X1 rayonu, Amankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Biləsuvar RİHB-nin Amankənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 606 saylı arayışından görünür ki, Əliyeva X2 rayonu, Amankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu, Dəvrişli kəndində 0,29 ha torpaq sahəsi, reyestr nömrəsi **********22 olan İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə və Cavabdeh 1/3 hissədə payları Daşınmaz Əmlakın Dövlət reyestrində 86 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Biləsuvar rayonu Dəvrişli kəndi “Biləsuvar” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi elektron baza materialına və məlumatlarına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-258A nömrəli Şəhadətnaməyə görə Cavabdeh, İddiaçı1 və İddiaçı2 mülkiyyətə verilmiş 0,29 ha (faktiki 0.39ha) həyətyanı toroaq sahəsində yaşayış olmayan və kimə məxsus olması bilinməyən tikili mövcuddur.Mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin iki (şimal və qərb) tərəfdən gediş-gəliş yoluna çıxışı vardır.Tikiliyə münasibət aydınlaşdırıldıqdan sonra mülkiyyətlərinə verilmiş 0,29 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində payçılar arasında təcrid olunmuş şəkildə bölgüsü mümkündür.Payların hansı hissədən naturada bölünmə qaydasına görə İddiaçı1, İddiaçı2 və Cavabdeh payların uyğun bölgü planı DƏDKR-nin mütəxəssisi tərəfindən tərtib edilərək payçıların razılıqları əsasında notariat qaydasında təsdiqindən sonra yuerinə yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7432 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********99 saylı mütəxəssis rəyində qeyd olunanları (torpaq sahəsinin iki tərəfdən yol ilə həmsərhəd olmasını) nəzərə alaraq, Cavabdeh, X3 və İddiaçı2 mülkiyyətə verilmiş 0,29 ha həyətyanı torpaq sahəsinin tərəflərin hər birinin 1/3 hissədə payına uyğun şəkildə naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir.Bunun üçün torpaq sahəsinin qərb istiqamətində yol ilə sərhəddi boyunca 23,1 metr məsafədən sonra torpaq sahəsinin şərq istiqamətində sərhəd hasarı və həmin hasardan 22,8 metr məsafədən sonra şərq istiqamətində sərhəd hasarı çəkilməlidir.Bölgü zamanı həyətdə yerləşən tikili 1/3 hissədə payların birində qalacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 222.1 -ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. MM-in 223.1-223.3.-cü maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir; Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilərək, iddiaçııların payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-220.6-cı maddəsinin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Torpaq sahəsinin qərb istiqamətində yol ilə sərhəddi boyunca 23,1 metr məsafədən sonra torpaq sahəsinin şərq istiqamətində sərhəd hasarı və həmin hasardan 22,8 metr məsafədən sonra şərq istiqamətində sərhəd hasarı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən və ya onların hesabına çəkilməklə, 0,29 hektar torpaq sahəsinin 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə Cavabdeh oğunun payları ayrılmaqla naturada müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı2 və Cavabdeh oğundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(022)-11/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-11/2023
07.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver