Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-113/2025 23.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 şəxsin ölmüş elan edilməsinə dair ərizəsinə (maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat şöbəsi) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X6 ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 08 noyabr 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X10 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur.Həmin nikandan 9 övladı vardır.Onun oğlu X12 xx.xx.1975-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. O, orta təhsilini Biləsuvar rayon Zəhmətabad kənd orta məktəbində almışdır. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır.Həmin vaxtlar Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda döyüşlər gedirdi. O həmin döyüşlərdə iştirak etmişdir, daha sonra 1995-ci ildə hərbi xidmətdən evə buraxılmışdır. Bir neçə il müxtəlif işlərədə fəhlə kimi işlədikdən sonra, yəni 2000-ci ildə Kazaxstan Respublikasına işləməyə getmişdir. Həmin vaxtlarda arada bir onlarla əlaqə saxlamışdır. Lakin 2002-ci ildən sonra bu vaxta kimi heç bir əlaqələri olmamışdır. Onun axtarışı ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bundan başqa, Zaur Baxşəliyevin verlişinə müraciət etmiş və orada iştirak edib oğlu Şərifin şəklini göstərib onu axtardığını büdirmişlər. Lakin yenə də bir nəticəsi olmamışdır. O, oğlu Şərif haqda heç bir məlumat əldə edə bilməmişdir. xx.xx.1975-ci ildə Cəlilabad rayonunda anadan olmuş X7 xəbərsiz itkin düşməsi haqda xx.xx.2022-ci il tarixdə Biləsuvar rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizənin təmin edilməsi haqda 2(022)-46/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə qəbul etmişdir. Məhkəmə ərizəyə baxarakən Qazaxstan Respublikasının səlahiyyətli məhkəməsinə məhkəmə tapşırığı vermişdir. Məhkəmə qətnaməsindən göstərilir ki, Astana şəhər Yesil rayon məhkəməsi sorğuya cavab olaraq Qazaxstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən 2002-ci il yanvar ayının 1-dən 2023-cü ilin aprel ayının 23-dək müddətdə X7 Qazaxstan Respublikasının Dövlət sərhədini keçməsi faktları müəyyən edilməmişdir.Bundan başqa həmin qətnamədə qeyd olunur ki, Astana şəhəri, Yesil rayon məhkəməsinin sorğusuna cavab olaraq Astana şəhəri Vətəndaşlıq Qeydiyyatı idarəsinin məlumatından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X7 ölüm haqqında şəhadətnaməsi yoxdur, həmçinin Qazaxstan Respublikasında onun sağ olub-olmaması, eləcə də yaşayaış yeri barədə məlumat "ZAQS"qeydiyyat idarəsinin informasiya sistemində yoxdur. Qeyd etdiyi kimi oğlu X12 barəsində 2002-ci ildən hal hazıra kimi heç bir məlumat, xəbər yoxdur. Əgər o sağ olsaydı hər hansı bir yolla onlarla əlaqə yaratmış olardı. Respublikada aparılan aqrar islahat nəticəsində onlara ailə üzvləri və eləcə də oğlu X13 daxil olmaqla həyətyanı və kənd təsərüfatı təyinatlı torpaq sahələri ümümi birgə mülkiyyətlərinə verilmişdir.Kənd təsərüfatı təyinatlı torpaq sahəsi tərəfindən əkilib becərilir. Dövlət tərəfindən də əkinlərə subsidiyalar verilir.Bu subsidiyaları almaq üçün torpaq sahəsində payı olan bütün şəxslərin şəxsiyyət vəsiqələri tələb olunur.Təqdim edilmədiyi halda subsidiya ödənişi üçün sənədlər qəbul edilmir və onlar bu hüquqdan məhrum olurlar. Ona görə də ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Biləsuvar rayon Qeydiyyat Şöbəsinin 05 avqust 2022-ci il tarixli arayışından görünür ki, X10 və X4 09 oktyabr 1975-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə “Əliyev” və arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ № 479732 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X12 08 noyabr 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, ata adı qrafasında X10, ana adı qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-46/2023 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi şəxsin xəbərsiz itkin düşməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, onun ərizəsinə baxılaraq 08 noyabr 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş X12 xəbərsiz itkin düşmüş elan edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nın Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-5/2-638/2023 saylı arayışından görünür ki, Zəhmətabad kənd sakini X12 ərazidə yaşamır, valideynlərinin dediyinə görə 1995-ci il tarixdən Qazaxıstan Respublikasına getmiş və geri qayıtmamışdır. İş materiallarından görünür ki, Qazaxıstan Respublikasının səlahiyyətli məhkəməsinə Biləsuvar Rayon Məhkəməsi tərəfindən məhkəmə tapşırığı göndərilmişdir. İş materiallarında olan Astana şəhər Yesil rayon məhkəməsinin sorğuya cavab olaraq Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatından görünür ki, sərhəd xidmətinin informasiya sisteminin məlumatına əsasən 2002-ci il yanvarın 1-dən 2023-cü il aprel ayının 23-dək müddətdə vətəndaş X7 (xx.xx.1975-ci il təvəllüdlü) Qazaxıstan Respublikasının Dövlət sərhədini keçməsi faktları müəyyən edilməmişdir. İş materiallarında olan Astana şəhər Yesil rayon məhkəməsinin sorğuya cavab olaraq Astana şəhəri Vətəndaşlıq Qeydiyyatı İdarəsinin şöbəsinin məlumatdan görünür ki, 08 noyabr 1975-ci il təvəllüdlü vətəndaş X7 ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmçinin Qazaxıstan Respublikasında onun sağ olub-olmaması, eləcə də yaşayış yeri barədə məlumatın olmadığı bildirilir. Yoxlama 25 aprel 2023-cü il tarixinədək “ZAQS” qeydiyyat idarısinin informasiya sistemi vasitəsi ilə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.2-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinin tələbinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə görə ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə əsasən həyata keçirilməlidir. Həmin Məcəllənin 76.2-ci və 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları iş üzrə sübut hesab olunur və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, habelə digər halları araşdıraraq hesab edir ki, ərizəçi X2 ərizəsi təmin olunmalı, 08 noyabr 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş X12 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 noyabr 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş X12 ölmüş elan edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-113/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-113/2025
23.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver