Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1147/2023 19.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Biləsuvar rayonu, Amankənd kəndində yerləşən və tərəflərin ümumi mülkiyyətində olan 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən iddiaçının payının ayrılması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Biləsuvar rayonu, Amankənd kəndində yerləşən və tərəflərin ümumi mülkiyyətində olan 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən iddiaçının payının ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2003-cü il tarixli, 03 saylı qərarına əsasən onun atası X2 və sonuncunun ailə üzvlərinin, o cümlədən onun ümumi mülkiyyətinə Biləsuvar rayonu, Amankənd kəndində 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Onun atası A.A.Ağayev 1997-ci ildə, anası X7 isə 15 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş həmin torpaq sahəsi uzun müddətdir ki, qardaşı Cavabdeh4 istifadəsindədir. Belə ki, Cavabdeh4 həmin torpaq sahəsini hər il əkib-becərir və sahədən gəlir götürür, o cümlədən dövlət tərəfindən müəyyən edilmiş bütün subsidiyaları da alır. Lakin Cavabdeh4 torpaq sahəsindən götürdüyü gəlirdən ona heç bir pay ayırmır. Həmin torpaq sahəsi onun da mülkiyyətindədir və o, da torpadan haqlı olaraq istifadə etmək istəyir. Bundan başqa, o bildirdi ki, o, cavabdehlərə onun həmin torpaq sahəsində payının müəyyən edilməsi məqsədi ilə notariat orqanına müracit etmələri barədə məlumat versə də, sonuncular onun xahişini nəzərə almamışlar. Buna görə də o, mülkiyyətinə Biləsuvar rayonu, Amankənd kəndində yerləşən həmin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. O, mübahisəli torpaq sahəsinin valideynlərindan miras qalmış paylarına heç bir iddia etmir və həmin mirası qəbul etməmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini və onun və cavabdehlərin ümumi mülkiyyətində olan 5,71 hektar torpaq sahəsindən onun payının ayrılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JNº-0364 saylı (kod ********) dövlət aktının surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2003-cü il tarixli, 03 saylı qərarı ilə X2 və onun ailə üzvləri - X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətinə Biləsuvar rayonu, Amankən kəndi ərazisində 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 19 dekabr 2023-cüil tarixli, 05/Q-2083/69 nömrəli arayışdan görünür ki, X3 25 oktyabr 2000-ci il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində mədə xərçəngi səbəbindən ölmüş və həmin şəxsin ölümü ilə bağlı 14 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 19 dekabr 2023-cüil tarixli, 05/Q-2082/69 nömrəli arayışdan görünür ki, X7 14 dekabr 2019-cu il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində bazilyar arteriyadan subaraxnoidal qansızma səbəbindən ölmüş və həmin şəxsin ölümü ilə bağlı 172 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-213.4-cü maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin sayı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları həmin Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.2-ci maddələrinə görə paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2003-cü il tarixli, 03 saylı qərarı ilə X2 və onun ailə üzvləri - X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətinə Biləsuvar rayonu, Amankən kəndi ərazisində 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin xüsusat torpağa mülkiyyət hüququna dair JNº-0364 saylı (kod ********) dövlət aktı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Buna görə məhkəmə hesab edir ki, Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, torpağa mülkiyyət hüququna dair JNº-0364 saylı (kod ********) dövlət aktı əsasında X2, X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətinə verilmiş 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/9 hissəsinə, yəni həmin torpaq sahəsinin 0,63(4) hektar ölçüdə hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddianın predmetini təşkil edən torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri və eyni zamanda digər ümumi birgə mülkiyyətçilərin valideynləri olan X3 və X7 vəfat etdiklərinə, lakin həmin şəxslərdən miras qalmış əmlaka dair vərəsəlik hal-hazıradək müəyyən edilmədiyinə görə, işdə iştirak edən şəxslərə izah olunmalıdır ki, onlar mərhum valideynləri X1 və X4 miras qalmış əmlaka dair vərəsəlik hüququna dair şəhadətnamə aldıqdan sonra torpağa mülkiyyət hüququna dair JNº-0364 saylı (kod ********) dövlət aktı əsasında X2 və X5 Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən 5,71 hektar ölçüdə torpaq hissəsindəki paylarından onlara düşən hissənin müəyyən edilməsi barədə məhkəmədə ayrıca iddia qaldırmağa haqlıdırlar. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən, torpağa mülkiyyət hüququna dair JNº-0364 saylı (kod ********) dövlət aktı əsasında X2, X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi mülkiyyətinə verilmiş 5,71 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 1/9 hissəsinə, yəni həmin torpaq sahəsinin 0,6344 hektar ölçüdə hissəsinə İddiaçı payı müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iş üzrə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 izah edilsinki, mərhum valideynləri X1 və X4 miras qalmış əmlaka dair vərəsəlik hüququna dair şəhadətnamə aldıqdan sonra X2 və X5 Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən 5,71 hektar ölçüdə torpaq hissəsindəki paylarından onlara düşən hissənin müəyyən edilməsi barədə məhkəmədə ayrıca iddia qaldırmağa haqlıdırlar. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1147/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1147/2023
19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver