Məhkəmə qərarları › İş №2(022)-119/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-119/2024

13.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-119/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanlmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanlmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, ali təhsilli olmaqla təhsildə sosial psixoloji xidmət ixtisaslıdır. Ailəli olmaqla himayəsində 3 nəfər azyaşlı uşağı vardılr. Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində psixoloq müəllim vəzifəsində işləyirdi. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmişdir. Heç bir xəbərdarlıq və töhmət almamışdır. 2023-cü ilin avqust ayının 28-də cavabdeh təşkilatın direktoru onu çağıraraq ərizə yazaraq işdən çıxmasını ondan tələb etmişdir. O, səbəbini soruşduqda cavabdeh onun barəsində polisdə cinayət işinin olması barədə məlumatı olmasını, ona görə də öz ərizəsi ilə işdən çıxmalı olduğunu bildirmişdir. Səhəri gün, yəni 29 avqust 2023-cü il tarixdə işə gedərkən məktəbin direktor ərizə ona verməzsə onu işdən çıxaracağını bildirmişdir. 30 avqust 2023-cü il tarixdə direktor ona telefon edərək onu işdən çıxardığını və bu barədə əmr verdiyini ona bildirmişdir. Hesab edir ki, cavabdeh təşkilatın barəsində verdiyi 30 avqust 2023-cü il tarixli 124 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat onun əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad edilməklə onu işdən azad etmişdir. Birincisi, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.O, həmkarlar ittifaqının üzvü olmaqla hər ay üzvlük haqqı vermişdir. Onun işdən çıxarılması ilə bağlı həmkarlar təşkilatından heç bir razılıq alınmamışdır. Hesab edir o, işdən çıxarılarkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İkincisi, əmrində yazılır ki, o, "əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə" işdən azad edilmişdir. O, hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, Əmək Məcəlləsinin 84.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.Ona aid əmrdə isə 84.1-ci maddəsinin 5-ci bəndi "əmək müqaviləsinin ləğv edilməsinin əsası" 6-cı bənd həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 8-ci bənd əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.Göstərdiyi normalar pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarım pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Onun barəsində cavabdeh tərəfindən intizam tənbehlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq edilmişdir. Ücüncüsü, əmək müfəttişliyinə şikayət etdikdən sonra direktor ona bildirmişdir ki, guya o, 26, 28, 29 avqust 2023-cü il tarixlərdə işdə olmamışdır. Halbuku o, həmin tarixlərdə işdə olmuş və davamiyyət jurnalına imza etmişdir. Sonda iddiaçı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanllmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Biləsuvar rayon Şirinov adına Təzəkənd kənd tam orta məktəbin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirməklə, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023- 02550 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin 16 oktyabr 2023cü il tarixli məktubundan görünür ki, İddiaçı şöbəyə müraciət etmiş və şöbə tərəfindən ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Biləsuvar rayon Təzəkənd kənd tam orta məktəbində psixoloq təyin edilmiş və xx.xx.2023-cü il tarixdən məktəbin psixoloqu İddiaçı özünün üzərinə düşən vəzifələri kobud şəkildə pozaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin 26 avqust 2023-cü il tarixli, 28 avqust 2023-cü il tarixli, 29 avqust 2023-cü il tarixli və 30 avqust 2023-cü il tarixli aktlarından görünür ki, 26, 28, 29 və 30 avqust 2023cü il tarixlərdə məktəbin psixoloqu İddiaçı iş yerində olmamışdır. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin Həmkarlar Təşkilatının 30 avqust 2023-cü il tarixli 01 saylı potokolundan görünür ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin psixoloqu İddiaçının əmək vəzifələrini yerinə yetirmədəiyinə və bununla da əmək intizamını pozduğuna görə barəsində əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbi üzrə 30 avqust 2023-cü il tarixli 124 saylı əmrdən görünür ki, məktəbin psixoloqu İddiaçı özünün üzərinə düşən vəzifələri kobud şəkildə pozaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək və uzun müddət işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(022)-170/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi iıə təqsirli bilinib 2 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir ki, bunlardan biri də həmin maddənin “ç” bəndində nəzərdə tutulmuş işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 80-cı maddəsinin tələbinə görə:

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarına əlavə əlavə edilmiş Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin 26 avqust 2023-cü il tarixli, 28 avqust 2023-cü il tarixli, 29 avqust 2023-cü il tarixli və 30 avqust 2023-cü il tarixli aktlarından və işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə məktəbin psixoloqu İddiaçı iş yerində olmamışdır. Ona görə də 26 avqust 2023-cü il, 28 avqust 2023-cü il, 29 avqust 2023-cü il və 30 avqust 2023-cü il tarixlərdə Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində müvafiq olaraq aktlar tərtib edilmişdir. İş materiallarında olan Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin Həmkarlar Təşkilatının 30 avqust 2023-cü il tarixli 01 saylı potokolundan görünür ki, məktəbin psixoloqu İddiaçı 26, 28, 29 və 30 avqust 2023-cü il tarixlərdə işdə olmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin direktorunun təqdimatına həmkarlar təşkilatının iclasında baxılaraq müzakirə edilmiş və məktəbin psixoloqu İddiaçı əmək intizamını poxzması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin psixoloqu İddiaçı işdən çıxarılması zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İddiaçı özünün işdən azad edilməsinin qanunsuz olmasına dair dəlillərini əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları yalnız öz izahatları ilə əsaslandırmışdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanlmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçının cavabdeh Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinə qarşı Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin onun işdən çıxanlmasına dair 30 avqust 2023-cü il tarixli 124 saylı əmrinin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar