Məhkəmə qərarları › İş №2(022)-12/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-12/2023

18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-12/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsini zəbt etmiş həmkəndlisi X2 əməli nəticəsində ona dəymiş 800 manat ziyanın ödəniıməsi və zəbt olunmuş torpaq sahəsinin dərhal boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, yaşadığı kəndin ərazisindən 2020-ci il tarixdə kənd sakini olan X1 1.74 ha çöl torpaq sahəsini birdəfəlik olaraq almışdır. Həmin torpaq sahəsini əkməklə oradan götürdüyü gəlirlə ailəsini dolandırırdı. Lakin, həmkəndlisi X7 aldığı torpaq sahəsinə qanunsuz müdaxilə edərək, ona məxsus torpaq sahəsinin təxminən 50-60 sotuna girməklə oranı zəbt etmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh onun ərazisini boşaltmır. Odur ki, X2 əməli nəticəsində ona dəymiş 800 manat ziyanın ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin dərhal boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının torpaq sahəsini zəbt etmədiyini, iddia olunan torpaq sahəsinin onun öz torpaq sahəsi olduğunu, iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Biləsuvar rayonu Bəydili kəndində kənd təsərrüfatı təyinatlı 1.2405 ha torpaq sahəsi, qeydiyyat nömrəsi ********** olan İddiaçı verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Biləsuvar rayonu Bəydili kəndində kənd təsərrüfatı təyinatlı 1.7367 ha torpaq sahəsi, qeydiyyat nömrəsi ********** olan İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci ol tarixli 10/6711 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********37 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və cavabdeh X5 müvafiq olaraq **********82, **********41, **********44 və **********53 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşənmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarla mülkiyyətə verilmiş kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin döngə nöqtələri koordinatlarının elektron baza materialının döngə nöqtələri koordinatları ilə naturada yerləşmə vəziyyəti, həm də faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir.Qeyd edilən uyğunsuzluqlara görə iddia olunan ərazinin sənəd üzrə hansı koordinatlarda üst-üstə düşüb-düşməməsini müqayisəli tərzdə arraşdırıb, qərardadda qoyulmuş sualları cavavlandırmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-28-3-44/2- 1779/2023 saylı məktubundan görünür ki, mübahisə predmeti olan kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarının “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki məkan göstəricilərinin uyğunsuzluqlarına dürüstləşmə işləri aparılıb düzəliş edildikdən sonra məhkəmənin qoyduğu suallar tərəflərindən cavablandırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması əsasları müəyyən edilmir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Topaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerində (naturada) və xəritədə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********37 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və cavabdeh X5 müvafiq olaraq **********82, **********41, **********44 və **********53 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşənmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarla mülkiyyətə verilmiş kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin döngə nöqtələri koordinatlarının elektron baza materialının döngə nöqtələri koordinatları ilə naturada yerləşmə vəziyyəti, həm də faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması və maddi ziyan tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar