Məhkəmə qərarları › İş №2(022)-123/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-123/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-123/2023 23.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli X3 X1 Vəli İxtiyar oğluna qarşı Salyan meşəbəylinin 11-ci kvartalında cavabdehin özbaşına tutduğu (zəbt etdiyi) 1 ha torhaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli X3 X2 Vəli İxtiyar oğluna qarşı Salyan meşəbəylinin 11-ci kvartalında cavabdehin özbaşına tutduğu (zəbt etdiyi) 1 ha torhaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək, hazırda Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmək qərarına gəldiklərini, buna görə də mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi və bununla əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu haqqında qəbzin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu bildiridi. Həmçinin iddiaçının nümayədəsi və cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi Nümayəndə3 ərizə verdiyinə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçının nümayəndəsi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əsilləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli X3 X1 Vəli İxtiyar oğluna qarşı Salyan meşəbəylinin 11-ci kvartalında cavabdehin özbaşına tutduğu (zəbt etdiyi) 1 ha torhaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi bardə sənəd iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar