Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1262/2023 29.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı “X2” məhdud məsuliyyətli cəmiyyətinə və X1 qarşı işdən çıxarma haqqında şəxsi ərizə olmadığına rəğmən şirkət rəhbərliyinin Dövlət Sosial Müdafiə Fondunun portalına da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndiylə qeyd etdiyi işdən azad edilmənin qanunsuz hesab edilməklə işə bərpa edilməsi, həmçinin şirkətin bağladığı müddətsiz olan rəsmi möhürlü olan əmək kontraktında göstərilən, bu günədək olan ödənilməyən əmək haqlarının ödənilməsi və hər gecikən günlər üzrə xətası, əmək haqqı kartındakı 1 il müddət göstəricisi qədər də davam edən günlərin gecikmə faizi göstəricisinə vurulmaqla üzərinə gəlinən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2.4-cü maddəsinin tələblərinə müvafiq olan verilməli olan 25.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 27 sentyabr 2023-cü il tarixdə İddiaçı “X2” məhdud məsuliyyətli cəmiyyətinə və X1 qarşı işdən çıxarma haqqında şəxsi ərizə olmadığına rəğmən şirkət rəhbərliyinin Dövlət Sosial Müdafiə Fondunun portalına da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndiylə qeyd etdiyi işdən azad edilmənin qanunsuz hesab edilməklə işə bərpa edilməsi, həmçinin şirkətin bağladığı müddətsiz olan rəsmi möhürlü olan əmək kontraktında göstərilən, bu günədək olan ödənilməyən əmək haqlarının ödənilməsi və hər gecikən günlər üzrə xətası, əmək haqqı kartındakı 1 il müddət göstəricisi qədər də davam edən günlərin gecikmə faizi göstəricisinə vurulmaqla üzərinə gəlinən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2.4-cü maddəsinin tələblərinə müvafiq olan verilməli olan 25.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı həmin iddia ərizəsində işə bərpa edilməsini tələb etməklə yanaşı, cavabdehlərdən ödənilməyən əmək haqlarının ödənilməsini və hər gecikən günlər üzrə xətası, əmək haqqı kartındakı 1 il müddət göstəricisi qədər də davam edən günlərin gecikmə faizi göstəricisinə vurulmaqla üzərinə gəlinən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2.4-cü maddəsinin tələblərinə müvafiq olan verilməli olan 25.000 manat məbləğində pul vəsaitini tələb edir. Məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(102)-4427/2022 saylı qərarının surətlərindən isə görünür ki, İddiaçı keçmiş iş yoldaşı X3 ilə birlikdə “X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehdən 12 aylıq əmək haqqı və hər gecikən günlər üzrə iddia verilən 11 avqust 2020-ci il tarixədək davam edən faiz göstəricisinə vurulmaqla, iddiaçıların hər biri üçün ayrılıqda 25.000 manat məbləğində pul vəsaitinin tutulması barədə 2020-ci ilddə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmış, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək, “X2” məhdud məsuliyyətli cəmiyyəti aralarında bağlanmış 12 fevral 2019cu il tarixli əmək müqavilələrinə əsasən 380 manat əmək haqqı nəzərə alınmaqla, hər biri üçün 12 aylıq əmək haqqı olaraq 4560 manat və gecikdirilmiş günlər üçün 1 faizlə hesablanmış 25.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişlər. Həmin mülki işə mahiyyəti üzrə baxılaraq, iddia tələbləri qismən təmin edilmişdir. Məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş məhkəmə aktlarından və əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 29 mart 2019-cu il tarixdə xitam verilmişdir. Lakin İddiaçı hazırki iddia ərizəsində işdən azad edilmənin qanunsuz hesab edilməklə işə bərpa edilməsi barədə iddia tələbini irəli sürməklə yanaşı, eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə irəli sürdüyü və artıq mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmış tələbləri - əmək kontraktında göstərilən və hal-hazıradək ödənilməyən əmək haqlarının ödənilməsini, habelə hər gecikən günlər üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2.4-cü maddəsinin tələblərinə müvafiq olaraq gecikdirilmiş günlər üçün 1 faizlə hesablanan 25.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələblərini də iddia ərizəsində təkrarən irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(102)-4427/2022 saylı qərarında iddiaçılara izah edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsini mübahisələndirmək qərarına gələcəkləri halda, onların məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmək hüquqları qalır. İddiaçı isə hazırki iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsini mübahisələndirməklə yanaşı, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbini deyil, eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə irəli sürdüyü və Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsi ilə artıq qismən təmin edilmiş və 595 manat 33 qəpik əmək haqqı borcunun və 11 avqust 2020-ci il tarixədək hər gecikdirilmiş 3207 manat 05 qəpik məbləğində ödəncin “X2” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə tələbləri yenidən öz iddia ərizəsində irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan mülki prosessual qanunveciliyi ilə iddia ərizəsinin qismən icraata qəbul edilməsi, qismən isə iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi nəzərdə tutulmamışdır. Habelə Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsi üzrə iddia 2 cavabdehə qarşı yönəldilsə də, onların hər birinə qarşı yönələn tələbləri ayırd etmək mümkün deyil. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində qeyd edilmiş tələblərin bir hissəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Həmçinin İddiaçı izah edilməlidir ki, o, cavabdehə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv ediməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X2” məhdud məsuliyyətli cəmiyyətinə və X1 qarşı işdən çıxarma haqqında şəxsi ərizə olmadığına rəğmən şirkət rəhbərliyinin Dövlət Sosial Müdafiə Fondunun portalına da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndiylə qeyd etdiyi işdən azad edilmənin qanunsuz hesab edilməklə işə bərpa edilməsi, həmçinin şirkətin bağladığı müddətsiz olan rəsmi möhürlü olan əmək kontraktında göstərilən, bu günədək olan ödənilməyən əmək haqlarının ödənilməsi və hər gecikən günlər üzrə xətası, əmək haqqı kartındakı 1 il müddət göstəricisi qədər də davam edən günlərin gecikmə faizi göstəricisinə vurulmaqla üzərinə gəlinən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2.4-cü maddəsinin tələblərinə müvafiq olan verilməli olan 25.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, o, “X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv ediməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1262/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1262/2023
29.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver