Məhkəmə qərarları › İş №2(022)-1272/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1272/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1272/2025 10.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı sədri Qədir Abasovun Cavabdeh qarşı zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 42 k. metr torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, Cavabdeh öz vəsaiti hesabına dəmir hasarın sökülməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı sədri Qədir Abasov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 42 k. metr torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, Cavabdeh öz vəsaiti hesabına dəmir hasarın sökülməsi, ödənilmiş dövlət rüsumunun bələdiyyəyə qaytarılması barədə qətnamə qəbul ediıməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, bələdiyyəyə aid 42 kv.metr torpaq sahəsini Dərvişli kənd sakini Cavabdeh zəbt etmişdir. Belə ki, o, bələdiyyəyə aid torpaq sahəsində özü üçün dəmirdən hasar çəkmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Buna görə digər kənd sakini X1 ilə aralarında münaqişə yaranmışdır. Cavabdeh tərəfindən kanal bağlanıldığına görə X2 Rayon Məhkəməsində iddia qaldırılmış və iddiası təmin olunaraq münaqişəli kanal açılmışdır. Lakin sonradan Cavabdeh tərəfindən bələdiyyə torpağı hasara alınmışdır. Həmin yerin bələdiyyə mülkiyyətinə aid olmasına aydınlıq gətirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və bələdiyyəyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda sözügedən münaqişəli yerin 42 kv.metr hissəsinin bələdiyyəyə aid olduğu göstərilmişdir. Bələdiyyə tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq edilsə də, bu günə kimi həmin hasarı sökməmişdir. Həmçinin sonda bələdiyyə tərəfindən məcbur qalınaraq aidiyyəti məhkəməyə müraciət edilməsi qərara gəlinmişdir. Buna görə sözügedən məsələ bələdiyyənin xx.xx.2024-cü il tarixli, 21 saylı iclasında müzakirə edilmişdir. Bələdiyyənin doqquz üzvündən 7-si iclasda iştirak edərək məhkəmədə iddia qaldırılması barədə qərar qəbul edilmişdir. Həmçinin Biləsuvar Rayon Məhkəməsində bələdiyyə adından çıxış etməsi bələdiyyə sədri Qədir Abasova səlahiyyət verilmişdir. Həmçinin məhkəmədə iddia qaldırılmış, lakin sonradan Dərvişli bələdiyyəsi rayonun Amankənd bələdiyyəsinə birləşdirildiyinə görə Biləsuvar Rayon Məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli 50-VİİQ №-li Qanunu ilə Biləsuvar rayonunun keçmiş Dərvişli və Ovçubərə bələdiyyələri rayonun Amankənd bələdiyyəsinə birləşdirilmişdir.Göstərilənlərə əsasən Cavabdeh tərəfindən zəbt olunaraq dəmir hasara alınan bələdiyyəyə aid 42 kv.metr torpaq sahəsi bələdiyyənin mülkiyyətinə geri qaytarılması, Cavabdeh öz vəsati hesabına dəmir hasarın sökülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini mübahisələndirərək, məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin zəbt edilməsi, həmin torpaq sahəsindən istifadəni mümkünsüz etməklə ona sahiblik və istifadə hüququnun realizəsini məhdudlaşdırır. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin istifadəsini mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin istifadədə olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırılır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpaq sahəsi üzərində istifadə hüququnun realizəsinin, yəni bərpa edilməklə, digər şəxslərin də istifadəsini təmin edilməklə, bələdiyyənin həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Belə olan halda İddiaçı sədri Qədir Abbasovun məhkəməyə müraciət etmədən öncə, Amankənd bələdiyyəsinin ümumi yığıncağnın qərarı ilə səlahiyyət almalı, daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüququnun başqa şəxslər tərəfindən, hazırkı iddia üzrə Cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin İddiaçı sədri Qədir Abbasov bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddia İddiaçı sədri tərəfindən qaldırılmış, lakin bu müraciət Amankənd bələdiyyəsinin ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki, bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı sədri Qədir Abasovun Cavabdeh qarşı zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 42 k. metr torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, Cavabdeh öz vəsaiti hesabına dəmir hasarın sökülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar