Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1318/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbi barədə (maraqlı şəxs Biləsuvar rayon Qeydiyyt Şöbəsi) Ərizəçinın ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 13 fevral 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etmiş X6 onun doğma bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində yaşayır. Onun atası X12 olmuşdur. Atası 09 aprel 2003-cü ildə vəfat etmişdir. Atası Yusifin bir bacısı olmuş və onlarla bir yerdə yaşamışdır. X3 13 fevral 2010-cu ildə vəfat etmişdir. Lakin bibisinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Belə ki, bibisi Gülnabat 1937-ci ildə Biləsuvar rayon Bəydiliu kəndində doğulmuşdur. Bibisinin doğumu ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etsə də, orada bibisinin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. X1 onun doğma bibisi olmasını müəyyən etdirə bilmir. X6 onun doğma bibisi olmasını isə yaşadığı bütün Bəydili kəndi təsdiq edə bilər.Bu faktı yaşadıqları Biləsuvar rayonu Bəydili kənd İcra nümayəndəliyi öz arayışları ilə təsdiq edir. O, hazırda mərhum X7 doğma bibisi olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Hazırkı fakt mərhum bibisi G.Ocanovanın miras əmlakının sənədləşməsi üçün ona lazımdır. Odur ki, 13 fevral 2010-cu il tarixdə Biləsuvar rayonu Bəydili kəndində vəfat etmiş X6 onun doğma bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar rayon Qeydiyyt şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli 1161 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 1937-ci ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş X6 doğumu haqqında Biləsuvar rayon Qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar olunmamışdır. İşdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 392/2-876 saylı arayışından görünür ki. X10 1939-cu ildə anadan olmuş, onun atası X13, anası X4r. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 39-2-2/2023-919 saylı arayşından görünür ki, X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.Vəfat etdiyi günədək Ərizəçi ilə birgə yaşamışdır və onun varisi Ərizəçidur. İş materiallarında olan Biləsuvar rayon Bəydili Bələdiyyəsinin xx.xx.2023-cü l tarixli 128 saylı arayışından görünür ki, X2 adına olan vergiləri nəvəsi Ərizəçi ödəyr. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 044501 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 044585 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1154 saylı arayışında göstərilir ki, X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.Vəfat etdiyi günədək M.Hüseyn küçəsi ev № 102 ünvanında yaşayan Ərizəçi ilə birgə yaşamış, rəhmətə gedənədək övladı olmamış, tək varisi Ərizəçi olmuşdur. İş materiallarında olan Biləsuvar rayon Notariat ofisinin 22 dekabr 2023-cü il tarixli № 1262 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X8 vərəsələri tərəfindən heç bir müraciət daxil olmadığından barəsində vərəsəlik işi açılmamış, onun heç bir vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamı verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin həmkəndlisidir. Belə ki, X10 Ərizəçi bibisidir.Gülnobat ərə getmədiyi üçün onun övladı olmamışdır.Gülnobat ölənə kimi Ərizəçi məxsus Biləsuvar rayonu Bəydili kəndində olan yaşayış evində Ərizəçi ilə birlikdə yaşamışdır.Gülnobatın dəfn mərasimi Ərizəçi tərəfindən keçirilmişdir. Gülnobat 2010-cu il tarixdə vəfat etdikdən sonra Bəydili qəbristanlığında dəfn edilmiş, onun dəfn xərclərini Ərizəçi ödəmişdir. Məkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, X10 Ərizəçi bibisidir .Gülnobat ərə getmədiyi üçün onun övladı olmamışdır.Gülnobat ölənə kimi Ərizəçi məxsus Biləsuvar rayonu Bəydili kəndində olan yaşayış evində Ərizəçi ilə birlikdə yaşamışdır. Gülnobat 2010-cu il tarixdə vəfat etdikdən sonra Bəydili qəbristanlığında dəfn edilmiş, onun dəfn xərclərini Ərizəçi ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 13 fevral 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etmiş X6 Ərizəçinın doğma bibisi olması faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilərək 13 fevral 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etmiş X8 Ərizəçinın doğma bibisi olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 13 fevral 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etmiş X8 Ərizəçinın doğma bibisi olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X23
Məhkəmə qərarları › İş №2(022)-1318/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1318/2023
26.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver