Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1323/2025 21.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi qətnamənin icrasının təmin edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi» barədə öhdəlik qoyulmasına dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(022)-884/2018 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə öhdəlik qoyulması üçün icra haqqında qərar qəbul edilməsi, Müdafiə Nazirliyi tərəfindən bu qərarın yerinə yetirilməməsi halında İcra Məcəlləsinin 30 və 31-ci maddələrinə uyğun icra tədbirləri görülməsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki,17 iyul 2018-ci il tarixli 2(022)-884/2018 saylı qətnamə ilə onun 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə faktiki olaraq iştirak etdiyi, döyüş bölgəsində travma aldığı və hospitalda müalicə olunduğu məhkəmə qaydasında sübuta yetirilmiş və tanınmışdır. Lakin, həmin qətnamədə hüquqi nəticə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə konkret öhdəlik, yəni müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi barədə göstəriş və ya icra tədbiri qoyulmamışdır.Bu isə qərarın real icrasına maneə yaratmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi ərizənin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə ərizənin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. İddiaçının tələbindən görünür ki, iddiaçı Əliyev X1 rayon məhkəməsinin xx.xx.2018ci il tarixli 2(022)-884/2018 saylı qətnaməsinə əsasən onun 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə faktiki olaraq iştirak etdiyi, döyüş bölgəsində travma aldığı və hospitalda müalicə olunduğunu əsas gətirməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə öhdəlik qoyulması tələbini irəli sürmüşdür. Azəprbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»na dair 28 avqust 2007-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan olaraq göstərilmişdir. Azəprbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci bəndinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd olunan mülki və inzibati prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə hesab edir ki, inzibati orqan olaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə öhdəlik qoyulması tələbinə mülki mühakimə icraatı qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Biləsuvar rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(022)- 884/2018 saylı qətnaməsinin icrasının təmin edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə öhdəlik qoyulması üçün icra haqqında qərar qəbul edilməsi, Müdafiə Nazirliyi tərəfindən bu qərarın yerinə yetirilməməsi halında İcra Məcəlləsinin 30 və 31-ci maddələrinə uyğun icra tədbirləri görülməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(022)-1323/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1323/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver