Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1368/2023 20.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin ləğv edilməsi və iddiaçının «X2” məhdud məsuliyyətli cəmiyyətində tutduğu vəzifəyə bərpa olunması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin ləğv edilməsi və iddiaçının «X2” məhdud məsuliyyətli cəmiyyətində tutduğu vəzifəyə bərpa olunması barədə ddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, 12 fevral 2019-cu il tarixdə «X2” məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri İsrail Əhmədovun öz xahişi ilə həmin cəmiyyətdə rəsmi olaraq, əmək müqaviləsi ilə mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. Onun vəzifə öhdəliyi müəssisənin Azərbaycan Respublikası ərazisində inşa ediləcək logistika mərkəzləri barədə informasiya xarakterli reportajlar hazırlayaraq, şirkəti tanıtmaq və şirkətin fəaliyyətini ictimailəşdirmək, o cümlədən dövlət qurumlarının nümayəndələri ilə müsahibələr aparmaq olmuşdur. O, işlədiyi müddətdə şirkətin Bakı ofisində çalışmışdır. Lakin «X2” məhdud məsuliyyətli cəmiyyəti tez-tez ofislərini dəyişdiyinə görə o, davamlı olaraq eyni yerdə işləyə bilməmiş, bəzən isə o, hətta yalan bəhanələrlə iş yerinə buraxılmamışdır. Onunla cavabdeh şirkətin rəhbərliyi arasında bağlanmış 12 fevral 2019-cu il tarixli əmək müqaviləsində onun əməkhaqqı məbləğinin 380 manat təşkil etdiyi qeyd edilsə də, o, müəssisədə çalışdığı müddətə onun əməkhaqqı kartına heç bir ödəniş icra edilməmiş və ona əməkhaqqı verilməmişdir. O, dəfələrlə müəssisə rəhbəri İsrail Əhmədova bu barədə məlumat versə də, həmin şəxs ona əməkhaqqının gecikdiyini və yaxın müddətdə onun kart hesabına mədaxil ediləcəyi barədə yalan vədlər verməklə, onu aldatmışdır. Həmçinin həmin şəxs əməkhaqqının verilməsinin gecikmə səbəbi kimi şirkətin tikinti işləri zamanı cərimələndiyi və həmin cərimələr ödənildiyi üçün kifayət qədər maliyyə vəsaiti qalmadığını ona bildirmişdir. O, qeyd edilən məhrumiyyətlərə baxmayaraq, öz vəzifə öhdəliklərini lazımi səviyyədə icra etmişdir. Lakin, sonradan, əmək haqqı tələbi barədə keçmiş iş yoldaşı X4 ilə birlikdə Biləsuvar rayon Məhkəməsində qaldırdıqları iddia üzrə məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxıldığı zaman, işə baxan hakim ona elan etmişdir ki, guya onun öz xahişinə əsasən müəssisə rəhbərliyinin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə işdən çıxarılmışdır. O, işdən azad edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə Cavabdeh rəhbərliyinə ərizə və ya hər hansı formada xahiş ünvanlamamışdır. O, işdən faktiki çıxarıldıqdan sonrakı dövrdə dəfələrlə İsrail Əhmədova əməkhaqqının verilməsi barədə müraciət etsə də, həmin şəxslər onun müraciətlərinə məhəl qoymamışlar və buna görə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 məlumat vermişdir. Müfəttişlik tərəfindən X2” məhdud məsuliyyətli cəmiyyəti barədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Lakin bundan sonra da şirkət tərəfindən onun əməkhaqqısı ödənilməmiş və o, məhkəmə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdehnə qarşı iddiası qismən təmin edilərək, cavabdehdən onun xeyrinə əmək haqqı və faizlər qismində cəmi 24.578 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsi ilə isə həmin qətnamə ləğv edilərək, cavabdehdən onun xeyrinə əmək haqqı qismində 595 manat 33 qəpik və əməkhaqqının gecikdirildiyi müddət üçün isə 3.207 manat 05 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. O, «X2” məhdud məsuliyyətli cəmiyyətinin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrini heç vaxt almamış və görməmişdir. O, həmin əmrin mövcudluğu barədə yalnız Şirvan Apellyasiya Məhkəməsində işə baxıldığı zaman təsadüfən xəbər tutmuşdur. Halbuki, mübahisəli əmr verildikdən sonra da o, İsrail Əhmədovla müxtəlif yerlərdə görüşmüş, lakin həmin şəxs ona həmin əmr barədə və ya onun işdən azad olunması barədə heç bir söz deməmişdir. O, iş üzrə sübut qismində məhkəməyə təqdim etdiyi diskdəki görüntüləri gizli yolla qeydiyyata alsa da, İsrail Əhmədov həqiqətən də həmin videoqeydlərdə ona qarşı qanunsuzluğa yol verdiyini faktiki etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsa da, ona izah edilmişdir ki, o, işdən çıxarılması barədə əmrin ləğv edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqını tələb edə bilər. Lakin hazırda o, Cavabdehndə əvvəlki vəzifəsinə bərpa edilmək istəyir. Lakin o, hazırda cavabdehdən onun xeyrinə hər hansı pul vəsaiti, o cümlədən məcburi iş buraxma müddəti üçün əmək haqqı tutulmasını istəmir və hazırki mülki iş üzrə onun yeganə tələbi qanunsuz və əsassız verilmiş əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsidir. Sonda, İddiaçı iddiasının təmin edilərək, cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin ləğv edilməsi və iddiaçının «X2” məhdud məsuliyyətli cəmiyyətində mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə iddianı qəbul etməyərək göstərdi ki, o, özü «X2” məhdud məsuliyyətli cəmiyyətində yeni işə qəbul olunmuşdur və iddiaçının əmək mübahisəsinin baş verdiyi dövrdə o, həmin müəssisədə çalışmamışdır. O, yalnız iddiaçının öz xahişinə əsasən birtərəfli qaydada cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə işdən çıxarıldığından məlumatlıdır. Lakin bundan sonra iddiaçı hər üç instansiya məhkəməsinə müraciət edərək, cavabdehin əleyhinə qətnamələr qəbul edilərək, «X2” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən məruz qaldığı məhrumiyyətləri maddi cəhətdən kompensassiya edə bilmişdir. Bundan başqa, iddiaçı həmin müəssisədə işlədiyi müddətdə cavabdeh müəssisə barədə düzgün olmayan məlumatlar yaydığına görə İddiaçı Cavabdehndə mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi qeyri-mümkündür. Sonda, Nümayəndə İddiaçı iddiasının rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan 12 fevral 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdehndə mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə 22 aprel 2019-cu il tarixdə yerləşdirilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə, işəgötürənin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 28 fevral 2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən əmək hüquqularınıın pozulması barədə müraciətinə baxılmış və araşdırma zamanı müəssisə tərəfindən İddiaçı əməkhaqqının ödənilmədiyi məlum olmuş və buna görə də İddiaçı direktoru barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehndən İddiaçı xeyrinə əmək haqqı qismində hər ay 380 manat olmaqla, 12 ay müddətinə 4.560 manat və əməkhaqqının gecikdirildiyi müddət üçün isə 24.578 manat məbləğində pul vəsaitinin tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(102)-4427/2022 saylı qərarının surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsi ləğv edilərək, Cavabdehndən İddiaçı xeyrinə əmək haqqı qismində 595 manat 33 qəpik əməkhaqqı üzrə borcun və 11 avqust 2020-ci il tarixədək hər gecikdirilmiş gün üçün 1 faizlə hesablanmış 3.207 manat 05 qəpik məbləğində ödəncin tutulması barədə Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-1054/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilməklə, müəyyən edilmiş hallarından görünür ki, «X2” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında 12 fevral 2019-cu il tarixdə əmək müqaviəsi bağlanmış və İddiaçı həmin müəssisədə mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasıda bağlanmış əmək müqaviləsinə işəgötürənin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Bununla da «X2” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasındakı əmək münasibətləri başa çatmışdır. Sonradan İddiaçı əmək haqqının verilməməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə əmək haqqı qismində hər ay 380 manat olmaqla, 12 ay müddətinə 4.560 manat və əməkhaqqının gecikdirildiyi müddət üçün isə 24.578 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-1054/2022 saylı qətnaməsi ilə Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsi ləğv edilərək, Cavabdehndən İddiaçı xeyrinə əmək haqqı qismində 595 manat 33 qəpik əməkhaqqı üzrə borcun və 11 avqust 2020-ci il tarixədək hər gecikdirilmiş gün üçün 1 faizlə hesablanmış 3.207 manat 05 qəpik məbləğində ödəncin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(102)-4427/2022 saylı qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-1054/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissənin tələbinə görə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına görə işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. İşdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinı xitam verildiyi 29 mart 2019-cu il tarixdən 4 il 6 ay 15 gün sonra məhkəmədə Cavabdeh 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, İddiaçı hələ 2021-ci ildə «X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı Biləsuvar rayon Məhkəməsində əmək haqqı tələbi barədə iddia qaldırsa da, həmin iddia ərizəsinə işə bərpa edilməsini tələb etməmiş və ya işdən çıxarılması barədə əmri mübahisələndirməmişdir. Hazırki mülki işin məhkəmə baxışı zamanı İddiaçı cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrindən yalnız Biləsuvar rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində işə baxıldığı zaman xəbər tutduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi isə Cavabdeh 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin iddiaçıya daha əvvəl təqdim edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə, işəgötürənin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə xitam verilməsindən ən geci 18 may 2022-ci il tarixdə məlumatlı olsa da, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)- 1054/2022 saylı qətnaməsi çıxarıldığı vaxtdan 1 il 5 ay 5 gün sonra, yəni müvafiq iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş müddət buraxıldıqdan sonra, məhkəmədə işə bərpa edilməsi barədə iddia qaldırmışdır. Lakin cavabdehin nümayəndəsi tərəfindən hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir Buna görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermədiyinə və məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığına görə mövcud əmək mübahisəsi üzrə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş 1 aylıq iddia müddəti buraxılsa da, işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələbinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməlidir. Həmin Məcəllənin 69-cu maddəsinin tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə görə işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə həmin fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarına əlavə edilmiş sübutlardan, o cümlədən işin məhkəmə baxışında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə, işəgötürənin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ilə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının informasiya reyestrinə məlumat daxil edilsə də, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə hər hansı ərizəsi olmamışdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən İddiaçı və Cavabdeh arasında bağlanmış 12 fevral 2019-cu il tarixli əmək müqaviləsinin iddiaçının, yəni işçinin öz təşəbbüsü ilə ləğv edilməsinə dair işçi tərəfindən işəgötürənə təqdim edilmiş yazılı ərizəni və ya həqiqətən də əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin görə isə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş həmin Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə isə həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmrinin ləğv edilməsi və iddiaçının «X2” məhdud məsuliyyətli cəmiyyətində mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə bərpa olunması barədə iddiası təmin edilməli, cavabdehin 9 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozulması ilə verildiyinə görə, ləğv edilməli və İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyətində mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş “CD” diskdə olan video materiallardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçı tərəfindən həmin videoyazı iddiaçı tərəfindən gizli şəkildə və digər tərəfin xəbəri olmadan qeydə alınmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş, “CD” diskdə olan videoyazı gizli yolla əldə edildiyinə görə məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Habelə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı hazırki mülki iş üzrə məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi tələbini irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi məsələsi üzrə hazırda hər hansı qərar çıxarılmasına əsas yoxdur. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun miqdarı 100 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə və qiymətləndirilməyən iddia ərizəsi üzrə dövlət rüsumu miqdarı 100 manat məbləğində müəyyən edildiyinə görə dövlət rüsumu qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə «X2” məhdud məsuliyyətli cəmiyyətin 29 mart 2019-cu il tarixli, K/ş 09 saylı əmri ləğv edilsin. İddiaçı «X2” məhdud məsuliyyətli cəmiyyətində mətbuat və informasiya xidməti şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin. İş üzrə dövlət rüsumu qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti «X2” məhdud məsuliyyətli cəmiyyətindən dövlət nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədr R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1368/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1368/2023
20.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver