Məhkəmə qərarları › İş №2(022)-145/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-145/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-145/2023 16.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X5, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların birgə nikahlarından 05 yanvar 2014-cü ildə anadan olmuş X1, 09 mart 2005-ci ildə anadan olmuş X2 və 18 may 2007-ci ildə anadan olmuş X3 Biləsuvar rayonu Əliabad kəndində tikilmiş və iddiaçıların sahibliyində olan iki otaqlı və mətbəxtdən ibarət olan evə köçürülməylərinə və cavabdehin onların sahibliyində olan yaşayış evində yaşamalarına qadağan edilmiş özbaşnalığına son qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların birgə nikahlarından 05 yanvar 2014-cü ildə anadan olmuş X1, 09 mart 2005-ci ildə anadan olmuş X2 və 18 may 2007-ci ildə anadan olmuş X3 Biləsuvar rayonu Əliabad kəndində tikilmiş və iddiaçıların sahibliyində olan iki otaqlı və mətbəxtdən ibarət olan evə köçürülməylərinə və cavabdehin onların sahibliyində olan yaşayış evində yaşamalarına qadağan edilmiş özbaşnalığına son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehlə aralarında olan mübahisənin barışıq yolu ilə məhkəmədən kənar qaydada həll olunması barədə razılığa gəldiklərini, buna görə də hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiklərini bildirdilər və bununla əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu haqqında qəbzin geri qaytarılmasını xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməklərini və iddia ərizəsinin geri qaytarılmasına razı olduqlarını bildirdilər. Həmçinin tərəflər və cavabdehin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə tərəfləri, cavabdehin nümayəndəsi və vəkilini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçılar ərizə verdiklərinə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçılar xahiş etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əsilləri ilə birlikdə, iddiaçılara qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların birgə nikahlarından 05 yanvar 2014-cü ildə anadan olmuş X1, 09 mart 2005-ci ildə anadan olmuş X2 və 18 may 2007-ci ildə anadan olmuş X3 Biləsuvar rayonu Əliabad kəndində tikilmiş və iddiaçıların sahibliyində olan iki otaqlı və mətbəxtdən ibarət olan evə köçürülməylərinə və cavabdehin onların sahibliyində olan yaşayış evində yaşamalarına qadağan edilmiş özbaşnalığına son qoyulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi bardə sənəd iddiaçılara qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar