Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1455/2023 15.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Çaylı Bələdiyyəsinə qarşı pay və əlavə pay torpağı tələbi və qanunsuzluqların yoxlanılmasına dair işin ayrılıb səlahiyyətli orqanlara göndərilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Çaylı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, müharibə veteranı kimi, döyüş bölgəsində Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almış bir zabit kimi torpaq islahatı zamanı norma daxilində ona düşən pay torpağının, həmçinin Cənab Prezident tərəfindən onlara verilməsi nəzərdə tutulmuş əlavə pay torpağının qeyd-şərtsiz olaraq ona verilməsi və Bələdiyyə sədrinin qanunsuz hərəkətləri barədə iddia ərizəsində göstərilən faktlara hüquqi qiymət verib onların araşdırılmasından ötrü iddianın həmin hissəsinin ayrılıb səlahiyyətli orqanlara göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ömrümün son 25 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi şərəfli bir sənətə sərf etmişdir. Bu müddətdə 503, 706, 217, 515, 171, 930, 055, 651, N saylı hərbi hissələrdə zabit kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, onun yolunu davam etmək istəyən oğlu Hüseynov Sərxan vətən müharibəsi başlanan gündən döyüşlərdə iştirak etmiş, Füzuli və Xocavənd rayonlarının alınmasına görə Ölkə Rəhbəri tərəfindən medalla təltif olunmuşdur. X2 isə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Dövlət onları şəhid ailəsi, onu və oğlunu isə müharibə veteranı kimi qiymətləndirmişdir. Yaşadıqları kənddən 12 nəfər Hüseynovlar ailəsinin üzvləri müharibəyə getmişdir. Məhz bu səbəbdən Çaylı kənd Bələdiyyəsinin sədri hazırki iddiada cavabdeh olan Əfqan Astanovun qanunsuz hərəkətləri barədə çoxsaylı şikayətlər yazmışdır. Hazırkı iddia ərizəsində göstərəcəyi torpaq hüquqlarının pozulmasına dair bələdiyyə sədrinə müraciət etmiş və ərizəsinə Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 04 nömrəli iclas protokolunu, Çaylı kəndi H.Aslanov adına kolxozun Yerli İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 9 nömrəli iclas protokolunu, Çaylı kənd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 7 nömrəli iclas protokolunu, Çaylı kəndində torpaq islahatı zamanı yaddan çıxan vətəndaşların siyahısını, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə dair MN № 007881 saylı Şəxsi Vəsiqəsini və Veteran vəsiqəmin surətini, "döyüş zonasında" aldığı travmanın hərbi travma olması və Azərbaycan Respublikası Müdafiəsi zamanı alması barədə AR Müdafiə Nazirliyi MHHKnin xx.xx.2019-cu il tarixli 149 nömrəli qərarını, H.Aslanov adına kolxozun ərazisində X1 surətlərini əlavə etmişdir. Bütün sənədlərdə hərbi qulluqçu və veteran kimi islahat zamanı onun pay torpağı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməyi və ona Bələdiyyənin ehtiyat Fond Torpağından mövcud pay norması daxilində Bələdiyyə şurasının qərarı ilə ayrılmış sahədən ölçülüb verilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarlar 2006-cı il tarixlidir. Həmin vaxtdan 17 il keçməsinə baxmayaraq bu günə kimi ona torpaq sahəsi verilməmişdir. O, hər iki pay torpaqdan məhrum olmuşdur. Ona kağız üzərində torpaq sahəsi verilir, faktiki olaraq onun torpaq sahəsi yoxdur. Onun döyüş bölgəsində, hərbi xidmətdə olduğundan istifadə edib onu torpaq payından məhrum etmişdir. Bu məsələ onunla Bələdiyyə sədri arasında dəfələrlə həm döyüş tapşırığını yerinə yetirdiyi dövrdə, həm də zabit kimi ehtiyatda olduğu dövrdə uzun illərdir davam edir. Lakin o, hər dəfə "darıxma verəcəyəm, bilirəm sizə 2 pay düşür" deyir, ancaq nə səbəbdənsə ona düşən torpaq paylarını vermir, bu ona məlum deyil.Məhkəmə prosesi zamanı iş üçün əhəmiyyət kəsb edən digər sənədləri də təqdim edəcəkdir və bələdiyyə sədrindən keçirilmiş islahat zamanı ona düşən pay və əlavə pay torpağını istəyir, hər iki torpağın birləşdirilərək bir yerdə verilməsini, pozulmuş torpaq hüququnun bərpa edilməsini və Möhtərəm Prezidentin - Ali Baş Komandanın onlar üçün nəzərdə tutduğu hər növ güzəştlərə, imtiyazlara hörmətlə yanaşmasını tələb edir. Bələdiyyə sədrinin qanunsuz hərəkətləri barədə isə yuxarıda yazdığı faktların yoxlanılmasını səlahiyyətli orqanlara həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq avə azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İddia ərizəsindən görünür ki, iddiaçı müharibə veteranı olmasını və müharibə veteranları üçün nəzərdə tulmuş qaydada pay torpağı və əlavə pay torpağı almaq hüququna malik olduğunu, lakin Biləsuvar rayon Çaylı bələdiyyəsinin onun qeyd olunan hüquqlarının təmin edilməsi istiqamətində heç bir qərar qəbul etmədiyini, onu torpaq sahəsi ilə təmin etməli olduğu halda etmədiyini, ona görə də pozulmuş hüquqlarının bərpa edilməklə müharibə veteranı olaraq ona əlavə torpaq sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı Biləsuvar rayon Çaylı bələdiyyəsinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etməklə ona torpaq sahəsinin ayrılmasını tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının tələbi bilavasitə inzibati qərar qəbul etmək səlahiyyətinə malik olan bələdiyyənin hərəkətləri (hərəkətsizliyi) barədə olduğuna görə həmin tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Çaylı Bələdiyyəsinə qarşı pay və əlavə pay torpağı tələbi və qanunsuzluqların yoxlanılmasına dair işin ayrılıb səlahiyyətli orqanlara göndərilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianının yolverilməzliyinə görə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-1455/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1455/2023
15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver