Məhkəmə qərarları › İş №2(022)-1471/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1471/2023

16.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1471/2023 16.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınıb ona verilməsinə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, 1991-ci ilin noyabr ayından DİN-ninXüsusi X1 polis nəfəri vəzifəsində xidməti qulluğa başlamışdır. xx.xx.1994-cü il tarixdən döyüş şəraitində yaralanması ilə əlaqədar DİN-nin XTPD-də xidməti qulluqdan azad edilmişdir. Xidmətdən tərxis olunarkən xidmət müddəti təqvim hesablama ilə 2 il 6 ay 14 gün, imtiyazlı hesablama isə 3 il 25 gün təşkil etmişdir. O, rəsmi olaraq DİN-nə müraciət ünvanlayaraq DİN-nin XTPD-də xidmət etdiyi (1991-xx.xx.1994) dövr ərzində ona verilən aylıq əmək haqqı barədə arayış verilməsini xahiş etmişdir. Lakin DİN-nin Maliyyə-Plan idarəsi tələbinə aid olmayan cavabla onun qarşısına süni maneə qoyaraq işlədiyi illərdə aldığı maaş barədə arayış verməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq avə azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Belə ki, iddiaçı müvafiq inzabati orqanın vəzifəli şəxsləri tərəfindən onun müraciətinə cavab verilmədiyini əsas gətirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə uyğun olmadığından həmin tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Ona görə də iddia ərizəsi iddianın yolverilməzliyinə görə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövr ərzində aldığı əmək haqqı barədə arayışın alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar