Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-15/2025 19.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı 3 saylı X6 Mərkəzinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı 3 saylı X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 3 saylı X6 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Yuxarı Ağalı kənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 10-cu kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetkanın istifadəsinə qadağa qoyulması, ərizənin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi, Meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 11055 (on bir min əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Sabirabad rayon filialında olan AZ23CTRE**********0008623201, vöen **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 3 saylı X6 Mərkəzinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, 3 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 26.08..2021-ci il tarixdə Salyan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Biləsuvar rayonu Yuxarı Ağalıkənd kənd sakini Cavabdeh tərəfindən Salyan meşəbəyliyinin 10-cı kvartalının 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetka inşa edildiyi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Vüsal Fərəcov, Xalid Həsənov, Mahir Əzizovun və Cavabdeh ştirakiarı ilə 26 avqust 2021-ci il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə fondu sahəsini özbaşına tutmaqla (zəbt stməklə) istifadəsi nəticəsində dövlətə 11055 (on bir min əlli beş) manat məbləğində zərər vurulması müəyyən edilmişdir.Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına 06 sentyabr 2021-ci il tarixli 717 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə də cavabdeh Biləsuvar rayon Yuxarı Ağalıkənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 10-cı kvartahnda özbaşına tutduğu (zəbt etdiyi) 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetka olmaqla mübahisəli torpaq sahəsində inşa edilmiş tiklilərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi, meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 11055 (on bir min əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Sabirabad rayon filialında olan hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona aid olmaqla bu barədə hüquqmüəyyənedici sənədləri vardır. İddiaçının iddiası tamamilə əsassızdır. Odur ki, cavabdeh 3 saylı X6 Mərkəzinin hazırkı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia cavabdeh Biləsuvar rayon Yuxarı Ağalıkənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 10-cı kvartahnda özbaşına tutduğu (zəbt etdiyi) 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetka olmaqla mübahisəli torpaq sahəsində inşa edilmiş tiklilərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi hissəsində təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 31 saylı Biləsuvar rayon Kooperativ Cəmiyyətinin arayışından görünür ki, 1990-cı ildə tikilib istifadəyə verilmiş Bakı-Astara magistralının 185-ci km-də yerləşən “Turist” yeməkxana pavilyonu sonradan pavilyon kimi əhaliyə ictimai iaşə xidməti göstərməklə fəaliyyətdə olmuşdur. İş materiallarda olan Puşkin rayon XDS İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli 181 saylı qərarının surətindən görünür ki, Turist yeməkxana pavilyonunun tikintisi üçün Bakı-Astara magistral avtomibil yolunun 185-ci km-də olan istirahət zonasının qərb tərəfindəki meşə idarəsinə məxsus boş torpaq sahəsindən 0,03 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Salyan Rayon Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, reyestr nömrəsi **********56-06301 olan, inventar nömrəsi 233, verilmə tarixi 26 dekabr 2007-ci il olan Cavabdeh məxsus qeyri yaşayış binası Biləsuvar şəhəri Bakı-Astara yolunun 185-ci km-də yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh adına Biləsuvar şəhəri Meleratorlar qəsəbəsində 133.8 kv.metr-dən ibarət, 0,016 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (reyestr nömrəsi **********56-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il) daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli №10/2302 saylı məhkəmə ekspertizasının aparılmasına dair ekspert rəyində «İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1924/2025 saylı mütəxəssis rəyinə əsasən, Sabirabad X6 Mərkəzinin iddiasına əsasən naturadan plana alınmış torpaq sahəsinin hüdudları daxilində qeyri-yaşayış tikililərinin inşa edildiyinin müəyyən olunduğu (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2- 1924/2025 saylı mütəxəssis rəyinə əsasən, **********56-06301 reyestr nömrəli Çıxarışla Cavabdeh sahibkarlıq məqsədi ilə istifadəsinə verilmiş 0,016 ha torpaq sahəsinin hüdudları daxilində mövcud olan qeyri-yaşayış obyektinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı ərazinin cizgisi daxilində yerləşdiyinin müəyyən olunduğu, mütəxəssis rəyinə əsasən Sabirabad X6 Mərkəzinin iddiasına əsasən naturadan plana alınmış torpaq sahəsinin Biləsuvar rayonu Şəfəq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində meşə zolağı kimi, Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarında isə kənd təsərüfatı təyinatlı torpaq sahəsi kimi olduğunun müəyyən olunduğu göstrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarda olan Puşkin rayon XDS İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli 181 saylı qərarından görünür ki, Turist yeməkxana pavilyonunun tikintisi üçün Bakı-Astara magistral avtomibil yolunun 185-ci km-də olan istirahət zonasının qərb tərəfindəki meşə idarəsinə məxsus boş torpaq sahəsindən 0,03 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 31 saylı Biləsuvar rayon Kooperativ Cəmiyyətinin arayışından görünür ki, 1990-cı ildə tikilib istifadəyə verilmiş Bakı-Astara magistralının 185-ci km-də yerləşən “Turist” yeməkxana pavilyonu sonradan pavilyon kimi əhaliyə ictimai iaşə xidməti göstərməklə fəaliyyətdə olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə olunan torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi XDS İcraiyyə Komitəsinin 31 iyul 1990cı il tarixli 181 saylı qərarına əsasən ayrılmış və həmin torpq sahəsində olan qeyri-yaşayş binası daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********56-06301, qeydiyyat nömrəsi **********) xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyata alınmaqla onun adına müvafiq Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsində göstərilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı 3 saylı X6 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 10-cı kvartahnda özbaşına tutduğu (zəbt etdiyi) 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetka olmaqla mübahisəli torpaq sahəsində inşa edilmiş tiklilərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti iddiaçı 3 saylı X6 Mərkəzindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı 3 saylı X6 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 10-cı kvartahnda özbaşına tutduğu (zəbt etdiyi) 0.40 ha torpaq sahəsində qeyri-qanuni olaraq 13 metrin x 16 metrə ölçüdə mişar daşından yeməkxana, 2 metrin x 2 metrə mişar daşından tikli, 2 metrin x 4 metrə ölçüdə 1 ədəd dəmir konstruksiyadan besetka olmaqla mübahisəli torpaq sahəsində inşa edilmiş tiklilərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X6 Mərkəzinə təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti iddiaçı 3 saylı X6 Mərkəzindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(022)-15/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-15/2025
19.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver