Məhkəmə qərarları › İş №2(022)-1549/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1549/2025

07.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1549/2025 07.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Aran Market” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 14 iyul 2025-ci il tarixli, 477 saylı əmrin ləğv edilməsi, həmin müəssisədə müdir vəzifəsinə bərpa edilməsi, iddiaçının 14 oktyabr 2016-cı il tarixdən 14 iyul 2025-ci il tarixədək hər gün əlavə işlədiyi dörd saat üçün əmək haqqının və 14 iyul 2025-ci il tarixdən işə bərpa ediləcəyi günədək qanunsuz işdən çıxarılmağı ilə bağlı itirilmiş əmək haqqının, habelə işlədiyi müddət ərzində əmək haqqına hesablanmamış əlavələrin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Aran Market” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 14 iyul 2025-ci il tarixli, 477 saylı əmrin ləğv edilməsi, həmin müəssisədə müdir vəzifəsinə bərpa edilməsi, iddiaçının 14 oktyabr 2016-cı il tarixdən 14 iyul 2025-ci il tarixədək hər gün əlavə işlədiyi dörd saat üçün əmək haqqının və 14 iyul 2025-ci il tarixdən işə bərpa ediləcəyi günədək qanunsuz işdən çıxarılmağı ilə bağlı itirilmiş əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. Bundan sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiasının həcmini artırdığını bildirmiş və işlədiyi müddət ərzində əlilliyi ilə əlaqədar əmək haqqına hesablanmalı olan, lakin hesablanmamış əlavələrin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, oğlu İddiaçı artıq “Aran Market” məhdud məsuliyyətli cəmiyyətində tutduğu müdir vəzifəsinə bərpa edilmiş və bundan sonra oğlu İddiaçı öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdən çıxarkən İddiaçı son haqq-hesab ödənilsə də, məcburi iş buraxma müddəti üçün əmək haqqı hələ ödənilməmişdir. Cavabdeh bunu onunla izah etmişdir ki, həmin şəxs İddiaçı dəqiq nə qədər pul vəsaiti ödəməli olmasına dair əmək müfəttişliyinə sorğu ünvanlamışdır və həmin qürumun cavabını aldıqdan sonra bütün ödənişləri tam şəkildə həyata keçirəcəkdir. Beləliklə, tərəflər aralarında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və hazırda iddiaçı və cavabdeh arasında hər hansı mübahisə mövcud deyil. Əgər pul tələbi ilə yenidən mübahisə yaranacaqsa, o, təkrarən məhkəmədə iddia qaldıracaqdır. Buna görə də Nümayəndə hazırda işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi, bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə qəbzin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “Aran Market” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 14 iyul 2025-ci il tarixli, 477 saylı əmrin ləğv edilməsi, həmin müəssisədə müdir vəzifəsinə bərpa edilməsi, iddiaçının 14 oktyabr 2016-cı il tarixdən 14 iyul 2025-ci il tarixədək hər gün əlavə işlədiyi dörd saat üçün əmək haqqının və 14 iyul 2025-ci il tarixdən işə bərpa ediləcəyi günədək qanunsuz işdən çıxarılmağı ilə bağlı itirilmiş əmək haqqının, habelə habelə işlədiyi müddət ərzində əmək haqqına hesablanmamış əlavələrin cavabdehdən iddiaçının xeyrinə tutulması İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qalxdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar