Məhkəmə qərarları › İş №2(022)-157/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-157/2025

22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-157/2025 22.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla **********31 nömrəli Çıxarış əsasında mülkiyyətinə verilmiş l (bir) hektar kənd təsərüfatı torpaq sahəsinin naturada müəyyən edilməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aparılan aqrar islahat əsasında ona və iki nəfər ailə üzvləri daxil olmaqla 1 (bir) hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir.Həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydə alınmış və bu haqda torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabında 14 nömrəli vərəqində qeydə alınmaqla **********31 nömrəli Çıxarış verilmişdir.Cavabdeh onun sənədlərində qeyd olunan plan və ölçüləri qəbul etmir və mülkiyyətində olan həmin torpaq sahəsini əkmək üçün şumlamışdır.Yaranmış mübahisə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etmiş və həmin idarənin Biləsuvar şöbəsinin Yerqurluşu üzrə mühəndisi X2, Xırmandalı Bələdiyyəsinin sədri Əİİ Xeyrəddin Nizami oğlunun iştirakı ilə həmin torpaq sahəsinin döngə nöqtələri yerində naturada ölçülərək müəyyən edilmişdir. Bu haqda xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur.Lakin cavabdeh yenə də bu ölçü ilə razılaşmamış və qəbul etməmişdir.Bununla da mübahisə həll edilməmiş qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vəkil Hüseynov Ağababa oğlu da iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinə Biləsuvar rayonu Xırmandalı kəndində kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Biləsuvar rayonu Xırmandalı kəndində kənd təsərrüfatı təyinatlı 1.4107 ha torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il, daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 10/4138 saylı ekspert rəyində: «Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31 reyestr nömrəli Çıxarışla İddiaçı, X1 və X7 da daxil olmaqla ümumi birgə mülkiyyətlərinə verilmiş 1477 saylı 1,0 ha, **********79 reyestr nömrəli Çıxarışla Cavabdeh, X10 oglu, X3 və X9 da daxil olmaqla ümumi birgə mülkiyyətlərinə verilmiş 1475 saylı 1,4107 ha kand təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyinin müəyyən edildiyi, Cavabdeh və üçüncü şəxs X5 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşmə vəziyyətinin müəyyənləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Biləsuvar rayonunun Xırmandalı kəndində mülkiyyətində olan 01 (bir) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməklə istifadə edildiyini göstərsə də, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən verilmiş ekspert rəyi ilə Cavabdeh və üçüncü şəxs X5 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd olunan işin faktiki hallarını və maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar