Məhkəmə qərarları › İş №2(022)-1637/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1637/2024

20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1637/2024 20.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi 13 yanvar 2024-cü il tarixdə döğulmuş X2 döğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək 13 yanvar 2024-cü il tarixdə döğulmuş X2 döğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdə Salyan rayon sakini X4 ilə ailə həyatı qurmuş, lakin onun X4 ilə aralarında rəsmi nikahı olmamışdır. Onlar 2024-cü il tarixə kimi qeyri rəsmi nikahla yaşamışlar. O, İlkinlə ər-arvad kimi yaşamış və onların bigə yaşayış dövründə 11 iyul 2022-ci il tarixdə X3 adlı övladlı doğulmuşdur. Lakin xəstəxanaya çatdırmaq mümkün olmadığı üçün oğlu Sənan ev şəraitində 13 yanvar 2024-cü il tarixdə anadan olmuşdur. Biləsuvar şəhəri doğum evinə getikdə orada onlara bildirilmişdir ki, xəstəxana şəraitində doğuş olmadığı üçün onlar bu uşağı Biləsuvar şəhəri doğum evinə qeydiyyata ala bilmirlər. Qeyd olunan səbəblərdən də uşağa doğum şəhadətnaməsini götürə bilmirlər. X1 13 yanvar 2024-cü il tarixdə anadan olsa da, bu günə kimi onun üçün doğum həqqında şəhadətnamə almaq mümkün olmamışdır. Çünki oğlu Sənan ev şəraitində doğulduğu üçün ona hər hansı rəsmi sənəd almaq olmur. Uşaq doğulan zaman onların rəsmi nikahı olmadığı üçün Biləsuvar rayon Qeydiyyat şöbəsində onun doğum faktını təsdiq etmək mümkün deyildir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavbdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci malddəsinin tələbinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən MPM-nin 306-cı maddəsinin tələbinə əməl edilməmişdir. Belə ki, həmin işlərə iddia icraatı qaydasında baxılması tələb olunduğundan tələbin yönəldildiyi maraqlı şəxs göstərilməli olduğu halda göstərilməmişdir. Bu da həmin işə iddia icraatı qaydasında məhkəmədə baxılmasını istisna edən haldır. Ərizədən görünür ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddənin tələbi nəzərə alınmaqla maraqlı şəxs barədə məlumat ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi iddiaçıya geri qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: Ərizəçi 13 yanvar 2024-cü il tarixdə döğulmuş X2 döğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müracət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar