Məhkəmə qərarları › İş №2(022)-1666/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1666/2024

26.12.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1666/2024 26.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, 20 fevral 1966-cı ildə ünvan 1ində doğulmuş və hazırda ünvan 1i ünvanında yaşayan bacısı X1 fəaliyyət qabliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında hazırkı mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar