Məhkəmə qərarları › İş №2(022)-1700/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1700/2024

26.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1700/2024 26.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, 3 saylı X4 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 3 saylı X4 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 3 saylı X4 Mərkəzi Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu Xirmandalı kənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.5 ha torpaq sahəsində qeyri-qanuni olaraq 26 m x 40 m ölçüdə 2 mərtəbəli zalın (Rüfət şadlıq sarayı), mişar daşından 1 ədəd anbar, 4 ədəd 5 m x 5 m ölçüdə taxta bisetkanın və 5 m x 3 m ölçüdə mişar daşından tikilən ayaqyolunun istifadəsinə qadağa qoyulması, sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 3 saylı X4 Mərkəzinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərmişdir ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə Salyan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Biləsuvar rayonu Xırmandalı kənd sakini Cavabdeh tərəfindən Salyan meşəbəyliyinin 11-ci kvartalının bir hissəsində 0.5 ha torpaq sahəsini zəbt edərək və həmin sahədə 26 m x 40 m ölçüdə 2 mərtəbəli zal (Rüfət şadlıq sarayı), mişar daşından 1 ədəd anbar, 4 ədəd 5 m x 5 m ölçüdə taxta bisetka və 5 m x 3 m ölçüdə mişar daşından ayaqyolu tikildiyi faktı müəyyən edilmişdir.Həmin fakt əsasında Y.Məmmədov, S.Rəhimzadə, M.Qurbanov və M.Əzizovun iştirakları ilə xx.xx.2020-ci il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çixarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu ıliçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına 29 iyun 2020- ci il tarixli 463 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. İşdə olan portldan çıxarışdan görünür ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin qeydiyyatında olmuş Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 3 saylı X4 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon məhkməsinə daxil olaraq qeydiyyata alınmışdır. Lakin iş üzrə Cavabdeh məhkəmədə iddia qaldırılanadək, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırkı iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Halbuki, ölmüş şəxsin MPM-in 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı 3 saylı X4 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.5 ha torpaq sahəsində qeyri-qanuni olaraq 26 m x 40 m ölçüdə 2 mərtəbəli zalın (Rüfət şadlıq sarayı), mişar daşından 1 ədəd anbar, 4 ədəd 5 m x 5 m ölçüdə taxta bisetkanın və 5 m x 3 m ölçüdə mişar daşından tikilən ayaqyolunun istifadəsinə qadağa qoyulması, sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X4 Mərkəzinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar