Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1726/2025 06.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Tofiq oğlunun Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Tofiq oğlu Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edirək göstərmişdir ki, mərhum atası X1 Puşkin şəhəri XDS İK-nin 31071980-ci il tarixli 8 nömrəli qərarı əsasında verilmiş 89 saylı order əsasında keçmiş Puşkin şəhəri Cəfər Cabbarlı küçəsi, indiki ünvan 1 ünvanında 2 otaqlı 29 kv.m sahəsi olan komunal mənzil verilmişdir. Həmin mənzildə mərhum atası X4 və mərhum anası X2 ər arvad olaraq məskunlaşmış və bütün komunal xərclər onlar tərəfindən ödənilmişdir. Belə ki, o, xx.xx.1983-cü il tarixdə həmin ünvanda doğulmuş və yaşamış, hazırda həmin ünvanda daimi qeydiyyatdadır. Onun şəxsiyyət vəsiqəsi də ünvan 2 ünvanında qeydiyyatda olmasını təsdiq edilir. Qeydiyyatda olduğu yuxarıda ünvanı göstərilən mənzilə köçməklə bağlı mülkiyyətçi Cavabdeh müraciət etsə də, müraciəti təmin edilməmiş, o, bu mənzilin sonuncuya heç bir aidiyyatı olmadığını bildirərək, bu mənzildə yaşayış hüququndan istifadə etməyinə imkan vermir. Bu səbəbdən də ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavbdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddənin tələbi nəzərə alınmaqla iddiaçının şəxsiyyətini təsdiq edən sənəd, faktiki yaşadığı ünvana aid hüquqmüəyyənedici sənədlər, mübahisə edilən yaşayış evinə dair istinad etdiyi halları təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı iddia etdiyi ünvan 3 ünvanında 2 otaqlı 29 kv.m sahəsi olan mənzilə köçürülməsini tələbini irəli sürsə də, istinid etdiyi halı təsdiq edən sübutları, daşınmaz əmlaka dair sənədləri iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi iddiaçıya geri qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Tofiq oğlunun Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müracət edilə bilər. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat (qəbzin nömrəsi **********) dövlət rüsumu İddiaçı Tofiq oğluna geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(022)-1726/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1726/2025
06.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver