Məhkəmə qərarları › İş №2(022)-1767/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1767/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1767/2024 23.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı3 Xanəli oğlunun, İddiaçı1, İddiaçı5, İddiaçı6 Tərlan qızının İddiaçı2 Xanəli qızının və İddiaçı4 Cavabdeh1, Biləsuvar rayon Notariat Kontoruna və Cavabdeh3nə qarşı torpağa mülkiyyət hüququna dair JN0054 saylı Dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh3nə satılmasına dair 05 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 17 dekabr 2024-cü il tarixdə İddiaçı3 Xanəli oğlunun, İddiaçı1, İddiaçı5, İddiaçı6 Tərlan qızının İddiaçı2 Xanəli qızının və İddiaçı4 Cavabdeh1, Biləsuvar rayon Notariat Kontoruna və Cavabdeh3nə qarşı torpağa mülkiyyət hüququna dair JN0054 saylı Dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh3nə satılmasına dair 05 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə görə hakim iddia ərizəsini cavabdehə təqdim etməli, onun iddiaya qarşı hansı etirazlarının olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 9-cu maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddia ərizəsində iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh3 poçt ünvanı kimi Sabirabad rayonu göstərilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh3 ünvanı tam olaraq yazılmağına görə, Sabirabad rayonu Cavabdeh3 poçt ünvanı kimi hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1 -ci maddələrinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı3 Xanəli oğlunun, İddiaçı1, İddiaçı5, İddiaçı6 Tərlan qızının İddiaçı2 Xanəli qızının və İddiaçı4 Cavabdeh1, Biləsuvar rayon Notariat Kontoruna və Cavabdeh3nə qarşı torpağa mülkiyyət hüququna dair JN0054 saylı Dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh3nə satılmasına dair 05 yanvar 2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar