Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-188/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 3 saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Xirmandalı kənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 5-ci dolayın 10cu kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 1.35 ha torpaq sahəsində qeyri-qanuni olaraq 20 x 7 metrə ölçüdə mişar daşından 1 ədəd inşa edilmiş tiklinin (Ferma) və torpağın istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X1 Mərkəzinə təhvil verilməsi, meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi 1479 (bir dörd yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Sabirabad rayon filialında olan AZ23CTRE********************, vöen **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəməyə verilmiş iddia əizəsinə dair sübtlarının kifayət qədər olmadığı üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına dair etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-188/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-188/2025
03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver