Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1903/2025 04.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qahumluq münasibətləri faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək, 1916-ci il tarixdə Azərbaycan Respublikası, Lerik rayonun Amburdərə kəndində anadan olmuş 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində vəfat etmiş X8 onun atası X9 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonunun Amankəndi ünvanda yaşayır. X10 onun atasının əmisi qızıdır. O, 26 avqust 2003-cü il tarixdə uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat etmişdir. X3 vəfat etdiyi tarixə kimi onun yaşadığı Biləsuvar rayonu, Amankənd kəndində yerləşən evində ailəsilə birlikdə yaşamış, bir təsərüfat olmuşlar. Aparılan aqrar islahat əsasında onlara kənd təsərüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyətlərinə verilmişdir. X3 qeyd etdiyi kimi onun ailəsi ilə birlikdə bir təsərüfatda olduğundan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında onun da adı vardır. Dövlət Aktında ona düşən paya vərəsəlik açılması üçün Biləsuvar rayon notariat ofisinə müraciət etmiş, notarius X10 ilə qohumluq münasibətini təsdiq edən sənədləri istəmişdir.Tələb edilən sənədələri atası X9 doğum haqqında şəhadətnaməsi, ata babası X5 doğum və ölüm haqqında şəhadətnaməsi, X8 doğum haqqda şəhadətnaməsi onun atası X7 doğum və ölüm haqqda şəhadətnaməsi almaqdan ötəri Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi tələb edilən sənədlərin onun tərəfindən əldə edilməsinin mümükün olmadığnı, yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyini izah etmişdir. Bu səbəbdən həmin sənədləri əldə edə bilməmişdir. Bundan başqa, ona izah edilmişdir ki, həmin şəxslərə aid sənədlər 19-cu əsrə və digərləri isə 20-ci əsrin əvvələri tarixlərinə təsadüf etdiyindən Qeydiyyat şöbəsində olması qeyri mümükündür. Mərhum X1 vəsiqəsindən görünür ki, o, 20-ci əsrin əvvəllərində, yəni 1916-cı ildə doğulmuşdur. Demək onun valideynləri 19-cu əsrdə doğulmuşlar. Məhz bu səbəbdən o, atasının əmisi qızı X10 ilə əmi nəvəsi dərəcəsində qohumluq münasibətlərini təsdiq edən sənədləri əldə edə bimir. X3 subay olmuşdur.Bundan başqa bacı və qardaşları olmamaşdır, ailənin yeganə övladı olmuşdur. Hazırda onun ondan başqa qohumu yoxdur. X3 ilə əmi nəvəsi dərəcəsində qohumluq münasibəti faktının müəyyən edilməsi onun vəfatından sonra qalmış 0,63 ha ölçüdə miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X6” AQİS-dən Çıxarışdan görünür ki, X8 göstərilən parametrlərə uyğun axtarış zamanı heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi Ərizəçi 1916-ci il tarixdə Azərbaycan Respublikası, Lerik rayonun Amburdərə kəndində anadan olmuş 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində vəfat etmiş X8 onun atası X9 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyətini əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbacan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən görünür ki, ərizəçi 2003-cü il tarixdə vəfat etmiş X2 onun atası 1995-ci il tarixdə vəfat etmiş mərhum X11 ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Ərizəsindən görünür ki, Ərizəçi öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün deyil, 2003-cü il tarixdə vəfat etmiş X2 onun atası 1995-ci il tarixdə vəfat etmiş mərhum X11 ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan prosessual hüquq normalarının tələbləri ərizəçinin 1916-ci il tarixdə Azərbaycan Respublikası, Lerik rayonun Amburdərə kəndində anadan olmuş 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində vəfat etmiş X8 onun atası X9 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi tələbinə baxılmasını istisna edir. Ona görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı 1916-ci il tarixdə Azərbaycan Respublikası, Lerik rayonun Amburdərə kəndində anadan olmuş 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində vəfat etmiş X8 onun atası X9 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzlə mədaxil edilməklə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(022)-1903/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1903/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver