Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-2014/2025 05.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi vəkil X22 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Biləsuvar rayon Qeydiyyat Şöbəsinə qarşı qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, 1916-ci il tarixdə Azərbaycan Respublikası Lerik rayonunun Amburdərə kəndində anadan olmuş 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində vəfat etmiş X17 onun atası X18 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayonunun Amankənd kəndində yaşayır. X25 onun atasının əmisi qızıdır, 26 avqust 2003cü il tarixdə uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat etmişdir. X7 vəfat etdiyi tarixə kimi onun yaşadığı Biləsuvar rayonunun Amankənd kəndində yerləşən evində ailəsi ilə birlikdə yaşamış, bir təsərrüfatda olmuşlar. Aparılan aqrar islahat əsasında ona və ailə üzvlərinə kənd təsərüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. X7 qeyd etdiyi kimi onun ailəsi ilə birlikdə bir təsərüfatda olduğundan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında onun da adı vardır.Dövlət aktında ona düşən paya vərəsəlik açılması üçün Biləsuvar rayon notariat ofisinə müraciət etmiş, notarius X25 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri istəmişdir.Tələb edilən səndələri atası X18 doğum haqqında şəhadətnaməsi, ata babası X9 doğum və ölüm haqqında şəhadətnaməsi, X17 doğum haqqda şəhadətnaməsi onun atası X12 doğum və ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi tələb edilən sənədlərin onun tərəfindən əldə edilməsinin mümükün olmadığını, yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyini izah etmişdir. Bu səbəbdən həmin sənədləri əldə edə bilməmişdir.Bundan başqa ona izah edilmişdir ki, həmin şəxslərə aid sənədlər 19-cu əsrə və digərləri isə 20-ci əsrin əvvələri tarixlərinə təsadüf etdiyindən Qeydiyyat şöbəsində olması qeyri mümükündür. Mərhum X1 vəsiqəsindən görünür ki, o, 20-ci əsrin əvvəllərində-1916-cı ildə doğulmuşdur. Demək onun valideynləri 19-cu əsrdə doğulmuşlar. Məhz bu səbəbdən o, atasının əmisi qızı X25 ilə əmi nəvəsi dərəcəsində qohumluq münasibətlərini təsdiq edən sənədləri əldə edə bimir. X7 subay olmuşdur. Bundan başqa bacı və qardaşları olmamaldır, ailənin yeganə övladı olmuşdur. Hazırda onun ondan başqa qohumu yoxdur. X7 ilə əmi nəvəsi dərəcəsində qohumluq münasibəti faktının müəyyən edilməsi onun vəfatından sonra qalmış 0,63 ha ölçüdə miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Odur ki, 1916-ci il tarixdə Azərbaycan Respublikası, Lerik rayonun Amburdərə kəndində anadan olmuş, 28 avqust 2003-cü il tarixdə Biləsuvar rayonu Amankənd kəndində vəfat etmiş X17 onun atası X18 əmisi qızı olması formasında qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Biləsuvar rayon Qeydiyyt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Notariat Ofisi tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli 75 saylı məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X7ndan qalmış miras əmlakları ilə bağlı Biləsuvar rayon notariat ofisində vərəsəlik işi qeydə alınmamışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 oktyabr 2025-ci il tarixli 5-39-21/3-231/2025 saylı arayşından görünür ki, X25 26 avqust 2003-cü il tarixdə vəfat etmişdir.Mərhum daimi olaraq Biləsuvar rayonu Amankənd kəndində yaşamış və onun varisi Ərizəçidur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindın görünür ki, Ərizəçi və onun X13, X19, X5, X2, X25 və X3 ibarət ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Əmənkənd kəndində 4,7093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Lerik rayon Arxiv İdarəsinin 25 dekabr 2025-ci il tarixli 3-48-32/2- 23/2025 saylı arxiv arayışından görünür ki, Biləsuvar rayon Əmənkənd kənd sakini X6 ərizəsinə əsasən mərhum atası X18 doğum haqqında Lerik Rayon Dövlət Arxivində qorunan sənədlərə tərəflərindən baxış keçirilmiş və həmin sənəd arxivdə aşkar olunmamışdır.Belə ki, Lerik Rayon Dövlət Arxivində doğum haqqında şəhadətnamələr barədə ancaq 1936-1945-ci illərdə anadan olmuş vətəndaşların məlumatları vardır, X26 isə 1922-ci ildə anadan olmuşdur. İş materiallarında olan X-JQ № 677012 saylı pasportun surətindən görünür ki, X26 1922-ci ildə Lerik rayonu Amburdərə kəndində anadan olmuşdur. İş materiallarında olan X11 AQİS-dən çıxarışdan görünür ki, X25 1916-cı il tarixdə anadan olmuş, xx.xx.2003-cü il tarixdə Biləsuvar rayonu Amankənd kəndində ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli № 05/091S/121806-25 saylı arayışından görünür ki, X25 1916-cı il tarixdə Lerik rayonu Amburdərə kəndində anadan olmuş, xx.xx.2003-cü il tarixdə ölmüşdür. S.Məcidova öldüyü xx.xx.2003-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan 28 oktyabr 2025-ci il tarixli № 05/Q/69 saylı arayışından görünür ki, X27 1922-ci il tarixdə anadan olmuş, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ərizəçinin həmkəndlisidir. Belə ki, X25 Ərizəçi atası X18 əmisi qızıdır. Sənəm ərə getmədiyi üçün onun övladı olmamışdır. Sənəm ölənə kimi Ərizəçi məxsus Biləsuvar rayonu Amankənd kəndində olan yaşayış evində Mirsəyar Məsidov və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Sənəmin dəfn mərasimi Ərizəçi tərəfindən keçirilmişdir. Sənəm 2003cü il tarixdə vəfat etdikdən sonra Amankənd qəbristanlığında dəfn edilmiş, onun dəfn xərclərini Ərizəçi ödəmişdir. Məkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X25 Ərizəçi atası X18 əmisi qızıdır. Sənəm ərə getmədiyi üçün onun övladı olmamışdır. Sənəm ölənə kimi Ərizəçi məxsus Biləsuvar rayonu Amankənd kəndində olan yaşayış evində Mirsəyar Məsidov və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Sənəmin dəfn mərasimi Ərizəçi tərəfindən keçirilmişdir. Sənəm 2003-cü il tarixdə vəfat etdikdən sonra Amankənd qəbristanlığında dəfn edilmiş, onun dəfn xərclərini Ərizəçi ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 2016-cı il tarixdə doğulmuş və 26 avqust 2003-cü il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində vəfat etmiş X17 Ərizəçinın atası X18 əmisi qızı olması faktını təsdiq edə bilən sənədləri əldə etmək mümkün olmamışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək və şahid ifadələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, 2016-cı il tarixdə Lerik rayonunun Ambudərə kəndində doğulmuş və 26 avqust 2003-cü il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində vəfat etmiş X17 Ərizəçinın 1922-ci ildə Lerik rayonunun Amburdərə kəndində anadan olmuş və xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində vəfat etmiş atası X18 əmisi qızı olmaqla, Ərizəçinın X7 ilə qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 2016-cı il tarixdə Lerik rayonunun Ambudərə kəndində doğulmuş və 26 avqust 2003-cü il tarixdə Biləsuvar rayonunun Amankənd kəndində vəfat etmiş X17 Ərizəçinın 1922-ci ildə Lerik rayonunun- Amburdərə kəndində anadan olmuş və xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində vəfat etmiş atası X18 əmisi qızı olmaqla, Ərizəçinın X7 ilə qohumluq münasibətində olması faktı müəyyən Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X34
Məhkəmə qərarları › İş №2(022)-2014/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-2014/2025
05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver