Məhkəmə qərarları › İş №2(022)-212/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-212/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-212/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən **********22 saylı Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmaqla sərhəd mərzlərinin bərpa edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdadiə edərək göstərmişdir ki, Biləsuvar rayon Zəhmədabad kəndində yerləşən, sahəsi 0,350 hektar olan torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsusdur. Buna dair DƏDRX-dən çıxarışı və torpaq sahəsinin plan və ölçüsü də vardır.Son illər Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini zəbt etməklə əkib-becərir. Həmkəndlisi ilə məhkəmədən kənar məsələni həll edə bilməmişdir. Dəfələrlə cavabdehdən mülkiyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, o, bundan imtina etmişdir. Bununla bağlı müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmişdir. Sonda DƏDRX publik hüquqi şəxsin məktubundan görünür ki, mülkiyyətində olan torpaq sahəsi digər fiziki şəxsin istifadəsindədir. Sonda İddiaçı Cavabdeh torpaq sahəsindən çıxarılmasını və Cavabdeh hesabına sərhəd mərzlərinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə onun istifadə etdiyi torpaq sahəsinin nə sənəd üzrə, nə də faktiki olaraq üst-üstə düşmədiyini, həmin torpaq sahələrinin ayrı-ayrı koordinatlarlda yerləşdiyini əsas gətirməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür kiu, İddiaçı Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Zəhmətabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-39-5/2-705/2023 saylı, xx.xx.2023 tarixli arayışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayır. Azərbaycan Respublikası Biləsuvar rayon Zəhmətabad bələdiyyəsinin xx.xx.2023cü il tarixli, 105 nömrəli arayışdan görünür ki, İddiaçı da daxil olmaqla ailə üzvlərinin adına Biləsuvar rayonu Zəhmətabad kəndində kənd təsərrüfatı təyinatlı (reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) 0,3518 ha torpaq sahəsi digər fiziki şəxs tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN 308 KOD 80804027 saylı Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd sakini X2 və İddiaçı da daxil olmaqla ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə 3,37 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X5 və İddiaçı da daxil olmaqla ailə üzvlərinin adına Biləsuvar rayonu Zəhmətabad kəndində kənd təsərrüfatı təyinatlı (reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli) 0,3518 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN 306 KOD 80804018 saylı Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd sakini Cavabdeh və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN 307 KOD 80804018 saylı Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd sakini X10 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997ci il tarixli 34 saylı qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 10/6784 saylı ekspert rəyində göstərilmişdir ki, «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3-44/2-3934/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli X1, İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 308 saylı 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında X12 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-3-44/2-3934/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu İnformasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN-306 nömrəli Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissəli 306/1,06 ha və 306C/0.29 ha) cəmi 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 306 saylı 1,06 ha hissəsinin və Torpağa mülkiyyət hüququna dair JN-307 nömrəli Dövlət Aktı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissəli 307/0,85 ha və 307C/0.23 ha) cəmi 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 307 saylı 0,85 ha hissəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3-44/2-3934/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli X1, İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 308 saylı 0,35 ha, Torpağa mülkiyyət hüququna dair JN-306 nömrəli Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 306 saylı 1,06 ha və Torpağa mülkiyyət hüququna dair JN-307 nömrəli Dövlət Aktı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 307 saylı 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edildi. Cavabdeh və X6 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və digər ailə üzüvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsinin hududlarından kənarda yerləşmə vəziyyəti müəyyənləşdirilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir». İş materiallarından görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22 reyestr nömrəli X1, İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 308 saylı 0,35 ha, Torpağa mülkiyyət hüququna dair JN-306 nömrəli Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,06 ha və Torpağa mülkiyyət hüququna dair JN- 307 nömrəli Dövlət Aktı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisələndirilən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi, Cavabdeh və X6 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və digər ailə üzüvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsinin hududlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh və X6 faktiki istifadə etdiyi ərazi kimi plana alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və digər ailə üzüvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsinin hududlarından kənarda yerləşmə vəziyyəti müəyyənləşdirilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğunan rədd olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının aparılması üçün sərf edilmiş 50 (əlli) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar