Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-217/2024 29.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Allahşükür qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Allahşükür qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Allahşükür qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qzının uşaqları X3 və X6 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,24 km olan mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Allahşükür qızı məhkəmə iclasında izahatında iddiasını müdafiə edərək göstərmişdir ki, o, Biləsuvar rayon Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayır.O, Kənd Təsərufatı Nazirliyi Baş Quşçuluq İdarəsi X5 nəzdində olan PMK-33-də uzun müddət fəhlə işləmiş və oradan da pensiyaya çıxmışdır. Orada işlədiyi vaxt 31 mart 1979-cu il tarixdə ona göstərdiyi nazirlik tərəfindən 51 saylı Order əsasında 2 mərtəbəli,10 nömrəli, sahəsi 41,24,km olan mənzil verilmişdir. O, həmin müddətdən o mənzildə yaşayır. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun gəlinidir. Onun oğlu Cavabdeh1 ona məxsus olan mənzildə doğulmuş, gəlini Cavabdeh2 isə təxminən 12 il əvvəl onun razılığı ilə həmin mənzilə gəlin köçmüşdür. Həmin vaxtdan onun qara günləri başlamışdır. Cavabdehlər onunla dəfələrlə heç bir əsaslı səbəbi olmadan dava-dalaş etmiş, ona təzyiqlər göstərirlər.O, çalışmışdır ki, bir ana kimi bunları yola versin, mehribançılıqla yaşasınlar. Ancaq gəlni Qismət onunla yola getmir, həttda onu dəfələrlə döyərək incitmişdir. Ona görə də onlarla bərabər bir mənzildə yaşaya bilmir.Belə davam edərsə onunla cavabdehlər arasında mübahisə dərinləşə bilər. Həmin mənzili aldıqdan sonra adına 31 mart 1979-ci il tarixdə 51 saylı Orderlə qeydiyyata aldırmışdır. Həmin tarixdən də mənzil üzərində orderə əsasən mülkiyyət hüququ ona məxsusdur. Cavabdehlərin onun mənzilindən çıxmasını könülü istəyir. Ona görə də cavabdehlərdən evdən çıxmalarını tələb etsə də Cavabdeh1, Cavabdeh2 və uşaqları X3, X6 bu günə kimi mənzildən çıxmaqdan imtina edirlər. Sonda iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında Biləsuvar rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası İddiaçı Allahşükür qızına məxsus mənzildə 1984-cü ildə doğulduğunu, hazırda həmin ünvanda arvadı Cavabdeh2 ilə birlikdə yaşadığını, başqa yaşayış sahəsinin olmadığını göstərdi. Ona görə də iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətiyeva X1 rayonu Səmədabad kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Səmədabad kəndində yerləşən Puşkin rayon Quşçuluq fabrikindən İddiaçı yaşayış evi verilməsi barədə heç bir məlumat olmamışdır. İş materiallarında olan Puşkin rayon Quşçuluq fabrikinin 31 mart 1979-cu il tarixli 51 nömrəli Orderindən görünür ki, İddiaçı fəhlə işlədiyi PMK-33-də 3 nəfər ailə üzvü ilə birlikdə 10 nömrəli binada 1 nömrəli blokda otaq nömrə 1,2,3 ümumi yaşayış sahəsi 41.24 kvm olan yaşayış sahəsi verilmişdir. Lakin, orderin fabrikdə işlədiyi müddətdə etibarlı olduğu göstrilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-02820 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, - “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Fətiyev X4 rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda anası İddiaçı Allahşükür qızına məxsus mənzildə 1984-cü ildə doğulmaqla həmin evdə yaşamış və hazırda mübahisə olunan evdə yaşayır. Cavabdehlərdən Cavabdeh2 İddiaçı Allahşükür qızı da mübahisə olunan Biləsuvar rayonu Səmədabad kəndində olan mənzilə iddiaçının razılığı ilə köçərək həmin mənzildə yaşamaqda davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır; 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını və hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Allahşükür qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi 41,24 km olan mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 45 manat məbləğdə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Allahşükür qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi 41,24 km olan mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2(022)-217/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-217/2024
29.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver